“Tik-tok”a köç salan Azərbaycan gəncliyi Oğuz Ayvaz yazır...

Yazarlar 16:01 02.02.2023

“Tik-tok” bayağılığı məni heyrətə gətirdi. Mən hələ bu qədər bayağı insanın bir yerdə toplaşdığını görməmişdim. Bayağılığın bu formada təzahürü mənim beyin hüceyrələrimdəki hər şeyi öldürdü. Bu qədər sürətli informasiya axını insan beynini yalnız manqurtlaşdıra bilməyə qadirdir. Həyatda heç bir ciddi mövzu 1 dəqiqə içində danışıla bilməz. “Tik-tok”dakı videolar əslində “heç bir şey” deyə biləcəyimiz nəsnədən, içi boş mövzulardan ibarətdir.

“Tik-tok” videoları beyin hüceyrələrini öldürür, psixoloji təzyiq edir, öz dəhşətli çarxına çəkir adamı. İnsanı insan olmaqdan çıxardan amansız texnoloji proqram dünyasıdır. “Tiktok”da 90 faiz insan zombiləşib. Qalan 10 faiz kütlə isə maarifləndirici, mədəni, maraqlı videolar çəkir. “Tik-tok” kütləsi düşünmək, əylənmək yox kiminsə qüsurlarından, axmaqlıqlarından, qadın bədənindən, bahalı maşınlardan, yeməkdən-içməkdən həzz almaq istəyir. 

Dünya rejissorlarına bu yazıdan səslənirəm ki, “Tik-tok”dan unikal bir film çəkmək olar. Dünya toplumlarının, insanın əsl üzünü göstərmək, insanın necə bir vəhşi heyvandan fərqli  olmadığını bir daha ifşa etmək üçün.

Hər hansı bir peşə, ixtisas haqqında geniş formada araşdırma, oxuma azalacaq kimi görünür. “Z” dediyimiz bu nəslin gələcəyini robotlaşmış insan şəklində görürəm. Avtomatik insan modeli. Monoton, süni, depressiv... Səbəbini növbəti abzasda tapa biləcəksiniz.

Çünki “Tik-tok” gənclər arasında intihara təşviq edən paylaşımlarda liderdir. Mütəxəssislər bir neçə ay əvvəl bu barədə araşdırma ediblər. Aparılan araşdırma nəticəsində “Tik-tok”da bu qəbildən olan 1,7 min videoya rast gəlinib. Kifayət qədər, hətta deyərdim, dəhşətli göstəricidir. Yeni dünya modeli bu olsa gərək. İntiharı, depressiyanı, tənhalığı təbliğ edən sosial sistemlər toplumları uçuruma aparmaqda iddialıdır.

“Tik-tok”dan o qədər boğaza yığıldım ki, hətta bu dəqiqə onun bağlanmasını arzulayıram. Düzü, əvvəllər olsa, özüm öz sözümə gülərdim. Tik-tokda yoxsan, nəyinə lazımdır ki, qoy camaat girsin, əsəblərini soyutsun. Yox! Məsələ bu qədər sadə deyil! Mənə elə gəlir, Tik-tok bizim psixologiyamızı pozmaqdadır. Ordakı cavanları görəndə gələcəyimizin uçuruma gedəcəyini təxmin edirəm və bundan qorxuram. Adamlar heç bir hiss keçirmirlər. Yaşamırlar. Robotlaşıblar sanki. Və o qədər bayağıdırlar ki, bütün bunlar bir-birinə birləşəndə dəhşətli bir mənzərə yaranır.

Azərbaycan gəncliyi ömrünü “Tik-tok”a köçürüb. Yeni nəsil virtuallaşan, paralel dünyada elmdən, sənətdən, təhsildən, özündən uzaqlaşıb. Hazırkı gənclikdə nə bir etiraz, nə bir intellekt görürəm. Bunun bariz nümunəsi də “Tik-tok”dur. 

Yazdıqlarım nə qədər bədbin, qorxunc olsa da iynə ucu boyda işıq da var. O da ki, insanın özünü insan kimi saxlama gücü. Axı, bizə iradə, xarakter, ağıl, düşüncə verilib. Niyə bunları unudub, pis vərdişlərə aludə olaq? Hər şeydən az istifadə edə bilərik. Asudə vaxtımızı gəzərək, göy üzünə baxaraq, kitab oxuyaraq, yağışa toxunaraq, günəşli havada oksigeni ciyərlərimizə çəkərək, şokolad yeyərək, sevdiyimiz adamların yanında keçirə bilmərik? Bu qədər çətindir?

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı