Qvazimodoya bənzər adamın SÜKUTU

Yazarlar 17:40 06.04.2023

Hər gün işə gedəndə Zahid Xəlilov küçəsinin tinində əlində salfetka, divara söykənmiş köhnə velosipedi olan, nimdaş geyimli adam diqqətimi çəkir. Hər dəfə ordan keçəndə onun sakit dayanmasına, gözlərindəki ümidin son çırpınışlarına baxanda ürəyimin pıçıltısını eşidirəm.

Başında kirli papaq, çöhrəsində nazik saqqalı, çənəsi əyri, bir gözü çaşı baxır. Beli də əyridir. Heç vaxtküçəsini dəyişmir. Salfetkalar bəzən əlindən sürüşüb küləyə qarışır. Yanından ötüb keçən, tələsən adamlar onun mövcudluğundan xəbərsizdilər. Heç səsini çıxardıb deyə də bilmir ki, salketka alın. Deyəsən, həyatın qarşısında susub.

Onu Viktor Hüqonun "Notr-Dam kilsəsi”ndəki Qvazimodo obrazına bənzədirəm. Hə, hə Qvazimodoya. Əsərdə Qvazimodo ən kədərli obrazdır. Bəlkə də dünya ədəbiyyatının ən kədərli obrazı...

Heç kim onu sevmir, insanlar ondan qaçır. Qvazimoda isə yalnız bir şeylə xoşbəxtdir: kilsə zənglərini bir-birinə vurmaq. Qulaqlarını kar eləsə də kilsə zənglərindən daha doğma bir yer yoxdu ona.

Keşiş Qvazimodanı qundaqda olanda tapır. Çirkin olduğundan ona Qvazimodo adı verir. Mənası "tamamlanmamış”, "yarımçıq” deməkdir...

Bir gün bu qozbel bir qızı da sevir. Onun sevgisi o qədər böyük olur ki, sevdiyini dar ağacından belə xilas edir... O möhtəşəm qızın adı Esmeraldadır. Bütün Paris kişilərinin vurulduğu qadın.

Bir gün yağışlı havada metroya tələsirdim. Fikir verdim ki, onun dayandığı yer boşdu, boşluğuna yağış yağırdı. Bəlkə başqa yerə gedib, bəlkə də haradasa çöməlib öz keçmişini yada sala-sala salfetka satır. Kim bilir?

Mən isə onu görmək istəyirəm. Qvazimodaya bənzəyən adamın gözlərinə baxıb insanların acı taleyinə kədərlənmək, həyata üsyan etmək istəyirəm. O isə yoxdur, bəlkə də çox uzaqlara, heç kimin bilmədiyi yerlərə gedib, anlaşılmaz, gözəgörünməz həyatını davam etdirir. O yəqin başqa bir yerlərdə dayanıb, salfetkalarını satır. Bəlkə də velosipedi qırılıb, ya da oğurlanıb?

Mən onun yaşadıqlarını anlamağa çalışıram. O isə yoxdur. Onu tapmaq artıq çox çətindir. O ümidlərinin bitdiyi, çarəsizliyinin başladığı yerlərə gedib çıxacaq və bir gün anlayacaq ki, həyatda yalnız özü ilə insan yola gedə bilir, özündən başqa heç kim sənə yar deyil. Çıxıb getmək də bəhanə deyil, çıxıb gediləsi yer yoxdur. Çünki insan özünə bağlanmış bir həbsxanadır. Özündən qaçmaq olmur, ey Qvazimodoya bənzər adam, heyif ki, olmur. Amma üzülmə. Bu gün yağış yağsa belə sabah günəş doğacaq!

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı