Azərbaycanlıları tənqid edənlərin səhvi Oğuz Ayvaz yazır

Yazarlar 11:02 24.06.2023

Azərbaycan xalqı, cəmiyyəti hər dəfə yazıçılar üçün tənqid mənbəyi olub. Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Seymur Baycan cəmiyyətin savadsızlığından, avamlığından, cahilliyindən yazıb. Dünya ədəbiyyatında da belə misallar var. Ceyms Coys, Milan Kundera, Knut Hamsun kimi yazıçılar da öz cəmiyyətlərini sərt formada yazılarında ciddi tənqid atəşinə tutub. 

Bu yazımda azərbaycanlıları tənqid etməkdən uzaq olacağam. Çünki deyərdim ki, bizim cəmiyyət, hətta xalq humanist, xeyirxah, mərhəmət hissini itirməyib. Cəmiyyət olaraq müəyyən məsələlərdə həmrəylik nümayiş etdirə bilməsək də, duyğusal mövzularda çox həssasıq. Məsələn, hər hansı bir azərbaycanlının qapısına gedib, desən ki, acam, mənə bir parça çörək ver, o sənə, bir boşqab yemək verəcək. Dərdinə qulaq asacaq, imkanı varsa, cibinə pul da basacaq. Bəlkə də, dünyada bizim kimi insanların sayı azdır. Bəlkə artıqdır. Bunu dəqiq bilmirəm. Oxuduğum bədii əsərlərdən, izlədiyim filmlərdən, gəzdiyim Gürcüstan və Rusiya ölkələrinin şəhərlərindən bildiyim qədər bizim xalqımız qədər həssas, canayanan millət yoxdur. 

Gəlin, bunu öz yaşadığım hadisələrlə, nümunələrlə göstərim. Bacımının gözü xeyli zəifləmişdi, artıq ciddi fəsad törədə bilərdi. Həkim vaxtında əməliyyat olmasa kor olacağını da demişdi. Əməliyyat kifayət qədər bahalı idi. Çarəsiz qaldığımızdan sosial şəbəkədə elan verdik ki, əməliyyat puluna kömək edin. Heç 1 ay tamam olmadı ki, pul yığıldı və bacım kor olmaqdan xilas oldu. Bunu yas qurmaq, ağlaşma üçün demədim. Sadəcə vəziyyəti olduğu kimi sizin ixtiyarınıza verirəm.

Neçə dəfə olub, təzə ailə quranda maddi vəziyyətimə görə çətin situasiyalara düşmüşəm. Bu mənada da dadıma cəmiyyətimiz yetişib. Ərk edə biləcəyim şəxslər köməyini məndən əsirgəməyib. 

Başqa bir misal çəkim. Valideynlərimi itirəndən sonra universitetdən xaric edilmişdim. Universtitetin təhsil haqqını ödəyə bilmədiyimə görə havada qalmışdım. Burda da cəmiyyətimizin bir üzvü təhsil haqqımı ödəməklə mənə böyük yardım əlini uzatmışdı. 

Belə misallar çoxdu. Saymaqla bitməz. Yəni deməyim odur ki, Azərbaycan cəmiyyəti xeyixahlıqda ən uca yerdədir. Yaşadığım qəsəbədə “nisyə market” var. Müştərilərin ümid yeridi o market. Kiminsə evində bir quru çörəyi qalmayanda o marketə üz tutur. Ora, əslində, market yox, məbəddir. İnsanları ac qoymayan məbəd. 

Bəlkə də, çox hissiyyatlı yazıram, amma qəti elə düşünmürəm ki, cəmiyyətimiz xeyirxahlıqları, yaxşı əməlləri ilə inkişaf edəcək. Bunun inkişafla əlaqəsi yoxdur. Vicdan ya mövcud olan, ya da olmayan məfhumdur. Düzdü, bizim də çatışmayan tərəflərimiz var. Yaza-yaza onları düzəltməliyik.

Arzu edirəm ki, cəmiyyətimiz yaza bilmədiyim müəyyən məsələlərdə birlik nümayiş etdirib firəvan şəkildə yaşayar. 

Arzu edirəm ki, cəmiyyətimiz inkişaf etmiş, modern xalqların da sırasına qoşulsun. Çünki bu xalq, həqiqətən də, buna layiqdir. 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı