Azərbaycan mediasının IP dərdi – Oğuz Ayvaz yazır...

Yazarlar 14:45 11.09.2023

Azərbaycan mediası, bəlkə də, ən acınacaqlı dövrünü yaşayır. IP dərdi ucbatından saytlar jurnalistikaya dəxli olmayan xəbərlər yayır, absurd, 18+ başlıqlar qoyur, sosial şəbəkələrdə də bəh-bəhlə paylaşırlar. Adını da qoyurlar ki, modern jurnalistika, ay nə bilim, postmodern media. Jurnalistika sahəsində əyləncə, şou kateqoriyası da var. Ona görə ki, oxucu, ağır, neqativ xəbər yükündən az da olsa təsəlli tapsın. Daha bu şounu, əyləncəni məsxərəyə çevirmək bu sahəyə xələl gətirmək, hətta deyərdim, xəyanət etməkdir. 

18 yaşımdan bu sahədə külüng döyürəm. Qəzetlə başlamış, müxtəlif saytlarda müxbir, redaktor vəzifələrində çalışmışam. Saytların IP üçün etdikləri rüsvayçılığı qəzetlərdə, demək olar, görməmişəm. Bir xəbər (ona xəbər demək mümkünsə) başlığı isə heç vaxt yadımdan çıxmır: ”65 yaşlı kişi tovuzquşunu zorladı”. 

148 il bundan öncə Həsən bəy Zərdabi deyirdi ki, “mətbuat cəmiyyətin aynasıdır”. Burdan aydın olur ki, xəbər gücü olmayan məlumatların yayılması və paylaşılması həm də cəmiyyət üçün maraqlıdır. Cəmiyyətimiz aqressiv, 18+ başlıqlı linkə tıklamaqda maraqlıdır. Bunun bariz nümunəsini “TikTok”da aydın şəkildə görmək mümkündür. Bəzi media orqanlarımız bir az məşhurluq qazanan tiktokeri də xəbərə gətirir, ondan reytinq qazanmağa çalışır. Maarifləndirici, ədəbi, elmi yazılar niyə günümüzün insanlarına maraqlı gəlmir? Səbəbi yuxarıda qeyd elədiyim nüanslardır. 

Azərbaycan mediasında ən əndrabadi başlıqları sizin üçün sıraladım:

“Bakıda daha bir küçədə ilan peyda olub”

“Sinəm sərvət dəyərindədir, kişilərə toxunmağa qoymuram”

“Azərbaycanda gəlin bakirə "çıxmadı": Ər və qayınana gözlənilməz qərar verdi”

“Beynini Amerikaya, meyitini Azərbaycana etibar edən Lütfi Zadə”

“Müğənni Nəfəs haqda ŞOK FAKTLAR – 15 yaşında evləndi, anasına və özünə villa aldı, boşandı və…”

“Xalq artistinin ayaqlarını kəsdilər”

“Güneldən Ebruya sərt sözlər: "Allah cəzasını versin"

Yadımdadır, bir dəfə belə bir hadisə olmuşdu. Deməli, Təyyarə adlı bir xanımı maşın vurmuşdu. Bizim media orqanlarının biri xəbərə bu cür başlıq qoymuşdu: “Maşın təyyarəni vurdu”. Başlığa baxanda elə bilirdin ki, həqiqətən də, maşın təyyarəni vurub. Xəbərə daxil olanda isə əlin üzündə qalırdı. Sən demə, vurulan Təyyarə adlı xanımmış.

Bu başlıqları yazanlar, doğrudan da, jurnalistdirlərmi? Oxucunu aldatmaq, oxunma sayını yüksəltmək üçün min hoqqadan çıxan mediamızın acınacaqlı dövrü...

Jurnalsit hansı saytda, hansı mətbu orqanda işləməsindən asılı olmayaraq vicdanlı olmalıdır. Təəssüf ki, mediamız başlıq jurnalstikası ilə önə çıxır. Keçən dəfə kilsə rahibi ilə müsahibə etdim. Müsahibədən sonra dedi ki, çap olunmadan mənə mətni göndərərsiz. Soruşdum ki, niyə, bəs deyəsən ki, sözlərimi təhrif edə bilərsiniz.   

Mən heç kəsə dərs keçmək, ağıl öyrətmək, peşə etikası öyrətmək fikrində deyiləm. Olan vəziyyəti, hazırkı mediamızın durumunu yazıram. Bu nadanlığa, qeyri-peşəkarlığa etiraz edirəm. Çünki bu vəziyyət düzəlməsə bizi çox acınacaqlı gələcək gözləyir. Media güzgüdür. Media böyük gücdür. İnsanları media ilə təsir altında saxlamaq olur. İllər keçir, hər şey dəyişir, yenilənir, ancaq mediaya münasibətimiz dəyişmir. Medianın tək dərdi IP olmamalıdır. IP bir yerə qədər səni apara bilər. Yox, sən, IP ilə qürrələnib, maarifləndirmə kimi lazımlı missiyanı yerinə yetirmirsənsə, o zaman cəmiyyəti sıldırım qayadan aşağı tullayırsan. 

Əndrəbadi, oxucu tutmaq üçün yalan-yarğan başlıqlarla media olmaz. Cəlbedici başlıq ayrıdır, yalançı başlıq ayrı. Bu ikisinin fərqini bilməmək, ya bilərəkdən, qəsdən yalan başlıqla oxucunu tora salmaq ən axırıncı yoldur. Çünki artıq dünyanın hər yerində medianı əvəzləyən sosial şəbəkələr var. Ona görə də media yalan desə də, bu yalan ayaq tutub yerimir. Olduğu yerdə saymağa başlayır. Yalan xəbər dərhal bilinir. Əndrəbadi başlıqlar o saat lağ-lağı predmeti olur. Çünki artıq açıq bir dünyada yaşayırıq. Gərək bu açıq dünyanın konturlarını bilək və ona görə davranaq. Yalançı, əndrəbadi başlıqlarla, altı təzək, üstü bəzək materiallarla bu yeni dünyanın insanını aldatmaq mümkün deyil. 

Heç vaxt heç kimi aldatmayın! Aldatmaqla həqiqəti ört-basdır edə bilməyəcəksiniz. Onsuz da, axır-əvvəl hər şey üzə çıxacaq. Haradansa oxumuşdum, ya da özüm demişdim, bilmirəm, deyir, ləyaqət işini yaxşı görməkdir. Əgər ləyaqətlə işləyirsənsə, deməli, sənə heç vaxt üstün gələ bilməyəcəklər. Medianın qara ləkəsini təmizləmək lazımdır. Ona görə ki, media güzgüdür. Ləkəli güzgü ilə isə heç nəyi, hətta özümüzü belə görmək mümkün deyil. 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı