Riyaziyyat müəlliminin yumruğu + 11 il... – Oğuz Ayvaz yazır...

Yazarlar 14:05 05.10.2023

"Mənə bir hərf öyrədənin köləsi olaram”. 
                                                       
Həzrəti Əli

Bundan 25 il əvvəl sentyabrın birində Tiflisdə adını unutduğum məktəb həyatıma başladım. O vaxtlar həmin məktəbin gürcü bölməsində oxuyurdum. Sinif yoldaşlarımın hamısı da azərbaycanlı uşaqlar idi. Əvvəlcə onu deyim ki, məktəbə getmək istəmirdim. Kənddə qalıb çoban olmaq istəyirdim. İnəkləri, qoyunları çox sevirdim. Ağlaya-ağlaya nənəmin ətəyindən yapışmışdım ki, mən heç yerə getmirəm. Atamın israrları ilə məktəb həyatına qədəm qoydum. 

Açığı, həm də qorxurdum. Buna görə də məni bacımla birgə məktəbə yazdırmışdılar. Bacım məni təhlükələrdən qoruyacaqdı. Elə bil ön cəbhəyə yollamışdılar məni. Hətta bağçaya belə getməyə qorxurdum. Bağça müəllimələri yeməyimi yemədiyimə görə məni çubuqla döyürdülər. İlk nifrət hisslərim də o vaxtdan yaranmışdı.
Tiflis orta məktəbində ikinci sinfə qədər oxudum. Məktəbdən ayrılan gün bütün sinif uşaqları, müəllimlər gözyaşlarını saxlaya bilməmişdilər. Bakıya köçmüşdük. Tiflis üçün burnumun ucu göynəyirdi. Bakıdakı məktəb illərimi həmişə hüznlə xatırlayıram. Çünki gözəl günlər yaşamışdım. Xatirələr əzab verirdi mənə. Lalə Məmmədovanın məşhur mahnısı "Məktəb illəri”ndə dediyi kimi sehirli və qayğılı günlər artıq xatirələrə çevrilmişdi.

Sinif rəhbərimiz dərslərimizdən aşağı qiymət alanda bizə yumruq göstərirdi. Bu o demək idi ki, ya oxuyacağıq, ya da döyüləcəyik. Tiflisdə olduğu kimi Bakıda da bacımla sinif yoldaşı idik. Onuncu sinifə qədər yaxşı oxumuşdum. On birə keçəndə isə dərsdən qaçmağa başlamışdım. Qız sevməyə, avaralanmağa daha çox həvəsli idim. Dərsin sonunda bacımın yanına gəlir, ona bugünkü gün haqda anama bir şey deməməsi üçün yalvarırdım. Bəzən isə rüşvət vermək istəyirdim. Ancaq bacım əlaçı, sinif nümayəndəsi və seçilən şagirdlərdən idi. Heç bir şey istəmirdi. Evdə hər şeyi ən xırda detallarına kimi danışırdı.

Məktəb mənim üçün ikinci ev idi. Atatürkün sözlərini xatırlayıram: "Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır”.
Bəlkə də bütün uşaqların ilk nifrət elədiyi insan müəllim olub. Zaman keçdikcə, bığ yerim tərlədikcə müəllimlərə qarşı hisslərim dəyişməyə başlayırdı... Nifrət sevgiylə əvəzlənir, qorxu isə məsuliyyətə çevrilirdi. Amma mənim üçün ən birinci müəllim anam idi. Evdə dərslərimi bitirmədən televizorda futbol izləməyə, yaxud küçədə uşaqlarla gizlən-qaç oynamağa icazə vermirdi. İnanmayacaqsınız, amma əzbərlədiyim şeirləri, oxuduğum tarixi hadisələri belə mənə səsli danışdırırdı. Bir səhv elədimsə vay halıma! Bacım bəzən rus ədəbiyyatından əzbərlədiyi şeirləri yaxşı deyə bilmirdi. Anam da onu cəzalandırmaq üçün danlayır, istədi şeyləri yerinə yetirmirdi. Bu vaxt bacım göyərçin ayaqlarına bənzəyən əllərini gözünün içinə salıb, xısın-xısın ağlayırdı. Ancaq anam göz yaşlarına məhəl qoymadan bacımın bir də təkrar-təkrar oxumasını istəyirdi. O günlər indi gözümün qabağında dumanlı şəkildə canlanır.

Yeniyetmə yaşına gəldikcə içimdəki qorxaqlıq yoxa çıxır, mənasızca boyum uzanırdı. Miskinliyimi də itirmiş, ona-buna lağ edən, özündənrazı bir şagird olmuşdum. Amma di gəl, dərslərimi yaxşı oxuyurdum. Müəllimlərlə necə lazımdısa dolanırdım. Yadımdadır, tarix müəllimimiz məni çox sevirdi. Mən də tarix fənnini çox sevir, müəllimin verdiyi dərsləri yerinə yetirirdim. Müəllimin güvənini aldıqdan sonra dərsi danışmağa çıxır, bir-iki cümlə insan və cəmiyyətdən danışır, daha sonra isə qonşularımız, məhəllə yoldaşlarımla bağlı quraşdırdığım hekayəni nağıl eləyir, sinif uşaqlarını güldürürdüm. Belə anlarda müəllimizin başı jurnal yazmağa qarışırdı...

İngilis dili müəllimim isə bütün uşaqların içində yeganə məni sevirdi. Ya da mən elə bilirdim. Dərslərdə həmişə məni tərifləyir, qılığıma girirdi. Başıma tumar çəkib, dərs oxumağımı tələb edirdi. Onun ana kimi qayğısı məni qürrələndirirdi. Dərslərdən gözəl qiymətlər alırdım. Müəllimim başıma sığal çəkmədiyi gün dərsdən zəif qiymət alırdım. Hərdən də hansısa dərsdən qaçmağı planlaşdıranda nədənsə ağlıma ilk ingilis dili dərsi gələrdi.

Riyaziyyat müəllimi isə millətçi idi. Dərslərdə bizə "evladım” deyə müraciət edirdi. Açığı bizi döydüyü günlər də vardı. Bir dəfə sinif yoldaşlarımdan birini basketbol topu kimi yerə çırpmışdı. Həmin gün elə bildim ki, sinif yoldaşım topa çevrilib.

Son zəng günü də həyatımın unudulmaz günü oldu. Bundan sonra müstəqil həyat bizi gözləyirdi. Ən əsası həyatla mübarizə, yaşamaq gözləyirdi. Yuxudan ayılmaq vaxtı idi.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı