Metro şəhərinin azərbaycanlı vətəndaşları - Oğuz Ayvaz yazır...

Yazarlar 10:09 10.10.2023

Metro ilə ilk tanışlığımın tarixçəsi elə də yadımda qalmayıb. Deyəsən, Tiflisdə yaşadığımız vaxt idi. Atam məni harasa aparırdı. Onda yerin aşağısına düşdük. Atam jeton aldı. O vaxtı jeton idi. İndiki cavanların yadında olmaz. Təzə-təzə metroda yumru, rəngli, ya yaşıl, ya bənövşəyi rəngdə jeton olurdu. Atamın ciblərini eşələyəndə çoxlu jetonlar tapdığımızı xatırlayıram. Hər dəfə bu jetonlar atamı bir tərəfə aparırdı. O, iş axtarmaq üçün yığdığı jetonların hər dəfə birini-ikisini azaldırdı. 

Hə, metro ilə bağlı ilk xatirəm elə də yadımda deyil. Bilmirəm niyə, ancaq metro yaddaşımda xüsusi yer etməyib. Ola bilsin ki, həmin gün atam jetonu aparata salıb və tez məni qucağına alıb keçirib. Sonra uzun, çox uzun eskalatorla gedəndə əlimdən tutub. Çünki mən çox balacaydım. Üstəlik, yaman qorxaq uşaq idim. O qədər qorxaq idim ki, məktəbə gedəndə bacımı da mənimlə eyni sinfə qoymuşdular. Bir yerdə gedib gəlmək üçün. İndinin özündə də axşam evə qayıdanda xəyalımda o məktəb illəri canlanır. Özümə təsəlli verirəm ki, yanımda bacım var. Hərdən evə qayıdanda elə bilirəm yanımdakı bir adamlıq, bir bacım boyda boşluq var.

Eskalatordan düşəndən sonra anakondanı xatırladan qatarı görmüşdüm. Hə, bax bu dəqiq yadımdadır. Qatarın şığıya-şığıya gəlməsi, adamların çoxluğu məni yaman qorxutmuşdu. Atama sığınmışdım. Onun ayaqlarından yapışmışdım. Sonradan atamla heç vaxt metroya minmədik. Çünki o bu dünyadan getdi.

Metronu çox sevirəm. Yaxşı ki metro var. Metro olmasa, kasıblar üçün məşəqqət olardı. Yox, düz olmadı. Onsuz da, kasıblar üçün metro olanda da məşəqqətdir. Çünki metrodakı basabas, tər qoxusu, qatarın dayanması və s. bütün əsəb sistemimizi darmadağın edir. Yorğun-arğın işdən qayıdırsan və dua edirsən ki, metroya elə vaxtı çatım, basırıq olmasın. Tam metroya çatanda görürsən, millət şirəyə yığışan milçək sayaq doluşub. Düzü, hərdən bu mənzərəyə baxıb gülürəm də. Axı faciəyə uzandıqca komediyaya çevrilir. Baxıb gülürəm və öz-özümə deyirəm: “Heç vaxt millətimizi belə bir yerdə görməmişdim”. Öz dediyimə təzədən gülürəm. Qatar gəlir. Biz vaqonlara doluşuruq. Özü də dava-qırğınla, az qala yarış meydanında gücünü sınayan idmançılar kimi. Kim tez çatsa, əyləşə, yaxud kürəyini “Söykənməyin” yazılan yerə söykəyə biləcək. Metroda ən əsas qayda budur. Birincisi, eskalatordan yelli-yelli üzü aşağı düşməli, camaata “icazə verin” deyə-deyə tez perrona yetişməlisən. Çünki bəzən qatar dayanır və az adam olur. Onda vaqonda yer tapmaq asan olur. 

Metroda hamının sifəti sirkə satır. Yadıma düşür ki, nə vaxtsa, deyəsən, Avroviziya vaxtı, turistlər Bakıya gəlmişdi. Axşam tərəfi, elə söz vaxtına çəkər, düz bu vədələri turistlər metroya minmişdi. Onda da xalqımız hər zamankı kimi yenə sifətini turşudub oturmuşdu. Turistlərdən biri, Amerika kovboy filmlərində həmişə kovboyların atını tutub saxlayan balaca boy oğlanlara oxşayan qardaş təəccüblə onlara baxıb dedi: “Smayl, smayl”. Yəni gülümsəyin. Bizimkilər heç nə başa düşməyib key-key baxdılar. Turist təzədən təkrarladı: “Smayl, smayl”. Həmin cərgədə oturan iki qaqaş bu sözü eşidib bərk əsəbləşmişdi. “Ə, nə söyürsən?”, “Smayl, smayl” – oğlan təzədən bu sözləri deyib gülümsəyirdi. “Ananı s...” Hər nə isə. Bizimkilər elə bildi ki, bu əcnəbi bizi söyür. 

Həmişə içimdən gəlib ki, o xarici kimi davranım. Olmayıb. Qorxmuşam. Uşaqlıqdakı qorxu canıma daraşıb. Metrodakı turş sifətlərə baxmamaqdan ötrü özümlə götürdüyüm kitabı oxumağa girişmişəm. Sonra arada bir vaqondakılara baxmışam. Görmüşəm ki, hamının əlində telefon var. Hamının. Heç olmasa birinin əlində olmasa dərd yarıdır. Hamının əlində var. Özü də nəsə oxusalar filan yenə başa düşmək olar. Hamı oyun oynayır. Çatacağı yerə qədər vaxtını öldürür. Qulaqcıq taxanlar da nə qədər desən. Getdikcə qatar dolur, boşalır, dolur, boşalır. Ancaq bu mənzərə dəyişmir. Əli telefonlular qapılar açılan kimi düşür, yerinə başqa əli telefonlu, qulağında qulaqcıqlıqlar gəlir. 

Bizim üçün metro da iş rejiminə bənzəyir. Hərənin iş saatı bir vaxta düşür. Rejimlər çox vaxt eyni olsa da, bəzən fərqlənir. Adam var “Dərnəgül”dən düz “Xətai”yə gedir. Məsələn, mən “Həzi Aslanov”dan işimə başlayıram. Günümüzün bir çox hissəsi metroda keçir. Keçən dəfə bir qohumum rayondan gəlmişdi. İstəyirdik ki, Bakını bir az gəzək. Metrolarda vaxtımız getdi. Bir də gördüm qohumum başını çiynimə qoyub yatır. 

Adamların üzlərindən asılı qalan qəzəb, kədər salxımları məni ürküdür. Ancaq hər gün gördüyüm mənzərələr artıq adiləşib. İnsanların bir-birinə qəzəbi, az qala bir-birlərini öldürmə istəkləri də gündəlik məişət hadisələrinə çevrilib. Artıq şortik geyinən, “tatoo” vurduran, mini yubka geyinən, saçını yaşıl rəngə boyayan gənclər basabasın içinə qarışıb. Artıq kimsəyə maraqlı deyil, kim nə geyinib, kim nə edir. Hər kəs çatacağı məkana qədər dişini sıxıb dözür... 
Əvvələr baxışan cütlüklər görərdim. İndi bu mənzələr də yağlı əppək olub göyə çıxıb. Sənət adamlarına təklif edirəm ki, Azərbaycanın metro həyatından film çəklisin, tamaşalar qoyulsun, hekayələr yazsın. Özüm də cəhd edib hekayə yazacam. 

Bir dəfə xəfif içkili idim. Gözlərim insanların üzündə gəzişirdi. Birdən gözüm qaraldı, beynimin içində vulkan püskürdü: "Nolar, gülün! Xahiş edirəm!” Məni metrodan qovdular. Qovulduğum stansiya da “Ulduz” idi. Boş platforma və mən... 

“Həzi Aslanov... Sonuncudur, xahiş edirik...” Hə, çatdım. Bu gün də metro ilə işimiz sona çatdı. Qaranlığın düşdüyünü hiss edirəm. İçimi uşaqlığımdakı qorxu bürüyür. Atam yanımda peyda olub əlimdən tutur və biz bərabər eskalatordan bayıra çıxırıq.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı