İran israilli milyarder İdan Oferə məxusus tankeri bombalayıb.
Ednews “Jerusalem Post” xəbər agentliyinə istinadən bildirir ki, israilli mülki şəxsə məxsus “Sakit Okean Zirkonu” tankeri Rusiya tərəfindən Ukraynaya qarşı geniş istifadə edilən, İranın “Shahed-136” kamikadze pilotsuz uçuş aparatı ilə vurulub.
Məlumatda ABŞ tərəfi kamikadze dronlarının çərşənbə axşamı günü Oman körfəzində hücuma başladığını təsdiqləyib.
CENTCOM-un komandiri general Maykl Erik Kurilla İranın bu kimi fəaliyyətini bölgədə sabitliyin pozulması üçün atılan addım hesab edib.
Elnur Ənvəroğlu