ABŞ vasitəçiliyini davam etmək niyyətindədir – Erməni nəşri - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

ABŞ vasitəçiliyini davam etmək niyyətindədir – Erməni nəşri

Münaqişələr A- A A+
ABŞ administrasiyası ən mübahisəli məsələlərin həlli ilə bağlı Ermənistan və Azərbaycan rəhbərliyinə öz təkliflərini təqdim edib.
 
Ednews xəbər verir ki, bu barədə Armenpress-məlumat yayıb.
 
Erməni nəşri həmçinin qeyd edib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Qarabağda ermənilərin taleyi ilə də maraqlanıb.
 
O, qeyd edib ki, guya onlar Qarabağdakı etnik ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı razılığa gəlməyə çalışırlar. 
 
Görünür, ermənilər hələ də unudur ki, Azərbaycan öz ərazilərində olan bütün proseslərə xarici təsirlərsiz hakim olmağa qadirdir.
 
Xatırladaq ki, Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın daxili işinə heç bir xarici qüvvələr müdaxilə edə bilməz. 
 
Məqalədə həmçinin qeyd edilib ki, Hoqan Vaşinqton bir sıra təkliflər də  təqdim edib.
 
O xatırladıb ki, Vaşinqtondakı danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan liderlərini qəbul edib.
 
O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda tərəflər Almaniya kansleri,
 
Fransa prezidenti və Avropa İttifaqının prezidenti ilə görüşərək yekun məqsədə çatmaq üçün nə etmək lazım olduğunu müzakirə edəcəklər.
 
Nurlana Hacıyeva


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...