İnsan faciəsi günü-gündən dərinləşir: İsrail-HƏMAS savaşında 10-cu GÜN

Münaqişələr 11:02 16.10.2023

İsraillə HƏMAS arasında toqquşmalar 10-cu gündür davam edir. Hücumlarda 750-si uşaq olmaqla 2670 fələstinli həyatını itirdiyi halda, İsraildə ölənlərin sayı 1300-ü ötüb. İsrail ordusu gecə boyu Qəzza zolağının müxtəlif hissələrini bombalamağa davam edib. Təxminən 2,5 milyon insanın yaşadığı Qəzzada insan faciəsi günü-gündən dərinləşir. 

Ednews son 24 saatda İsrail-Qəzza xəttində baş verənləri təqim edir:

HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadalarının oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı başlatdığı “Əqsa tufanı əməliyyatı” hücumundan sonra bölgədə qarşıdurmalar 10-cu gündür davam edir.

İsrail ordusu Qəzzanın şərqini, Şucaiyye və Zeytun məhəllələrini və şəhərin şimalını intensiv bombardman altında saxlayıb. Bildirilib ki, hava zərbələrində xüsusilə əsas yolların hədəf alındığına diqqət çəkib.

İsrailin cənubu gecə boyu HƏMAS-ın hücumlarının hədəfi olub. Təl-Əviv və Aşkelon səmalarında partlayış səsləri eşidilib. Dəmir Qübbə HƏMAS-ın havaya atdığı raketləri məhv edib. Bat Yam və Aşkelona düşən raketlər maddi ziyana səbəb olub.

Səhər saatlarında İsrail İordan çayının qərb sahilində və bir çox başqa nöqtələrdə əməliyyatlar həyata keçirib. Onlarla fələstinli saxlanılıb.

İsrailin bombardmanları gücləndikcə morqlar və xəstəxanalar dolub-daşmaqdadır. Ölən və yaralanan uşaqların sayı sürətlə artır. Xəstəxanalar yaralılara yardım göstərməkdə çətinlik çəkir. Elektrik enerjisi, su və ərzaq qıtlığı artır. İsrailin bombardmanları nəticəsində yaxınlarını itirən, evləri dağılan qəzzalılar ümidsizliyə qapılıblar.

İsraildə HƏMAS tərəfindən girov götürülənlərin ailələrinin həyəcanlı gözləməsi davam edir. Raket hücumlarının davam etdiyi İsrail şəhərlərində panika və qorxu davam etməkdədir. 

İsrailin Livanla sərhədi Livan Hizbullahı ilə İsrail ordusu arasında toqquşmalara səhnədir. Livandan İsrailə raket hücumu olub. İsrail hücuma məruz qalan nöqtələri vurduğunu açıqlayıb. İsrail ordusu mülki əhalini Livan sərhədinə 4 km-dən çox yaxınlaşmamağa çağırıb.

ABŞ prezidenti Co Bayden İsrailin Qəzzanı işğal etməsinin böyük səhv olacağını bildirib. HƏMAS-ın tamamilə məhv edilməsi lazım olduğunu bildirən Bayden, "Bölgədə Fələstin dövləti də olmalıdır" deyə bildirib. 

Fələstin prezidenti Mahmud Abbas qeyd edib ki, İsrailin Qəzzaya hücumları dərhal dayandırılmalı və təcili humanitar yardım dəhlizlərinin açılmasına icazə verilməlidir.

Mahmud Abbas HƏMAS-ın hərəkətlərinin Fələstin xalqını təmsil etmədiyini bəyan edib. Abbas bildirib ki, fələstinlilərin yeganə nümayəndəsi Fələstin Azadlıq Təşkilatıdır. Fələstin prezidenti İsrail və HƏMAS müharibəsində mülki insanların ölümünü pisləyib. O, hər iki tərəfi “Girovları və məhbusları azad edin” çağırışı edib.

İsrail Ordusunun sözçüsü Daniel Həcəri, Qəzzadakı 600 min fələstinlinin Həmas Hərəkatı ilə müharibə səbəbilə şəhərin cənubuna keçdiyini bildirib.

İsrail ordusunun yaxın günlərdə Qəzza zolağının şimal hissəsini intensiv şəkildə hədəf alacağını ifadə edən Həcəri, “Dünyanı əmin edə bilərəm ki, biz beynəlxalq hüquqa uyğun hərəkət edərək, əməliyyata qarışmayan vətəndaşlara ən az ziyan vuraraq hərəkət edirik. Bizim düşmənlərimizdən fərqimiz budur”, deyə vurğulayıb. 

Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Görüşdə Fələstin və İsrail kontekstində son hadisələr və Qəzzada humanitar vəziyyət müzakirə edilib. Hər iki nazir regiona səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

SON DƏQİQƏYƏ OLANLAR:

İsrail HƏMAS-ı Qəzza zolağının şimalından təxliyə olunan mülki şəxslərin karvanına hücum etməkdə ittiham edib.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus məlumat verib.

Onun sözlərinə görə, HƏMAS yaraqlıları oktyabrın 13-də Qəzza zolağının şimal hissəsindən təxliyə olunan karvanı atəşə tutaraq 70 dinc sakinin ölümünə səbəb olublar:

“Biz mülki vətəndaşlardan ibarət heç bir karvanı atəşə tutmamışıq və bizdə olan məlumata görə, bu həmlə HƏMAS tərəfindən həyata keçirilib. Əgər beynəlxalq arenada bu onların xeyrinə olacaqsa, düşünmürəm ki, onlar üçün dinc sakinləri öldürmək problem olsun”, - C.Konrikus vurğulayıb.

Oğuz 

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı