ABŞ və İran arasında sabah imzalanması gözlənilən tarixi sülh sazişi İslam Respublikasını daxildən qarışdırıb. Ölkədə sənədin şərtlərinə qarşı kütləvi xalq etirazları dalğası sürətlə genişlənməkdədir.
EDnews "Fars" agentliyinə istinadən xəbər verir ki, İranda keçirilən son rəy sorğularının nəticələrinə görə, ölkə əhalisinin rəsmən 80 faizi Vaşinqtonla masaya yatırılan bu sazişin qəti şəkildə əleyhinədir.
İran xalqı sənədin şərtlərini ölkənin milli maraqlarına zərbə və "təslimiyyət aktı" kimi qiymətləndirərək, sazişin imzalanmamasını tələb edir.
Məlumata görə, paytaxt Tehran başda olmaqla ölkənin bir çox böyük şəhərlərində etiraz aksiyaları yeni dalğa ilə genişlənib.
Küçələrə axışan minlərlə nümayişçi ABŞ-la aparılan danışıqlara və nüvə güzəştlərinə kəskin etirazlarını bildirirlər. Aksiyalarda əsas hədəf xarici işlər naziri Seyid Abbas Əraqçıdır.
Müqavilənin əsas memarı hesab olunan baş diplomat etirazçılar tərəfindən xəyanətdə ittiham edilir və kütləvi şəkildə onun təcili istefası tələb olunur.
.jpg)






.jpg)