Ermənistanda müxalifətin parlament seçkilərinin nəticələri ilə bağlı məhkəməyə təqdim etdiyi şikayət rədd edilib.
EDnews xəbər verir ki, Ermənistan İnzibati Məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının 7 iyun parlament seçkiləri ilə bağlı etiraz iddiasını təmin etməyib.
Məlumata görə, Samvel Karpetyanın sədri olduğu partiya paytaxt İrəvanda və Sünik bölgəsində iki seçki məntəqəsində nəticələrin ləğv edilməsini tələb edib.
Məhkəmə isə təqdim edilən iddianı əsassız hesab edərək rədd edib.
Qərardan sonra sözügedən məntəqələr üzrə seçki nəticələri qüvvədə saxlanılıb.







