"Milli Qurtuluşdan başlanan yol ölkəmizi sabitliyə apardı" - Millət vəkili

"Milli Qurtuluşdan başlanan yol ölkəmizi sabitliyə apardı" - <span class="text-danger">Millət vəkili</span>

33 il əvvəl-1993-cü il 15 İyun – Milli Qurtuluş Günü ölkənin müstəqilliyini itirmək və parçalanmaq təhlükəsindən xilas olduğu günün başlanğıcıdır. 

Məhz həmin gün Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni dərin böhrandan çıxarmaq missiyasını öz üzərinə götürdü və dövlətçiliyin xilaskarına çevrildi.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərirdi. 

Ermənistanın hərbi təcavüzü davam edir, torpaqlarımız işğal olunur, ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşırdı. Belə bir dövrdə dövlət idarəçiliyində peşəkarlıq, milli maraqlara əsaslanan siyasət və güclü liderlik tələb olunurdu.

Lakin 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı bu tarixi məsuliyyətin öhdəsindən gələ bilmədi. Dövlət idarəçiliyində ciddi boşluqlar yarandı, siyasi səriştəsizlik dövlət maraqlarını zərbə altına qoydu. 

Hakimiyyət daxilində çəkişmələr, orduda nizamsızlıq, iqtisadi böhran və hüquq-mühafizə sistemindəki xaos ölkəni idarəolunmaz vəziyyətə gətirmişdi. Həmin dövrdə cəbhədə uğursuzluqlar artır, torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Daxildə isə müxtəlif silahlı qrupların fəallaşması vəziyyəti daha da gərginləşdirirdi.

1993-cü ilin iyununda baş verən Gəncə hadisələri artıq ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qaldığını açıq şəkildə nümayiş etdirdi. Ayrı-ayrı bölgələrdə separatçı meyillərin güclənməsi Azərbaycanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı.

Belə bir şəraitdə xalqın və dövlətçilik təfəkkürünə malik siyasi qüvvələrin ümidi yalnız Ulu Öndər Heydər Əliyevə idi. Böyük siyasətçinin Bakıya dəvət olunması tarixi zərurətə çevrilmişdi. 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk növbədə ölkədə sabitliyin təmin olunmasına başlanıldı. Dövlət çevrilişi təhlükəsinin qarşısı alındı, vətəndaş qarşıdurmasına son qoyuldu, dövlət institutlarının fəaliyyəti bərpa edildi. Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, iqtisadi inkişafın əsası qoyuldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynadı. Dövlət quruculuğu prosesi sürətləndi, milli maraqlara əsaslanan xarici siyasət formalaşdırıldı.

Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanın iqtisadi qüdrəti artdı, Silahlı Qüvvələr gücləndirildi və ölkəmiz regionun aparıcı dövlətinə çevrildi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı, 2023-cü ildə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.

Tarixi hadisələrin gedişi bir daha sübut etdi ki, 1993-cü ilin iyununda verilən qərar Azərbaycanın taleyini müəyyənləşdirən mühüm seçim idi. Milli Qurtuluşdan başlanan yol ölkəmizi siyasi böhrandan sabitliyə, işğal faktı ilə üzləşən dövlətdən ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətə çevirdi.

 

milli-meclis-deputat.jpeg

(Milli Məclisin deputatı Könül Nurullayeva)

Xəbər xətti

Moskvanın müharibə xərcləri rekord həddə çatıb
14:53
Livanın cənubunda gərginlik: 29 qəsəbə üçün təxliyə çağırışı
14:35
“Nyu York Niks”in çempionluğu Nyu-Yorkda qarışıqlıqla qeyd olundu - VİDEO
14:20
“Neftçi”nin qapıçısı xarici klubların hədəfində
14:06
"AZAL"-dan Naxçıvan reysləri ilə bağlı açıqlama
13:50
Avtomobil yollarında hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
13:37
Rusiyada yanacaq anbarları vuruldu
13:26
Türkiyədə məğlubiyyət məyusluğu: Montella oyundan danışdı
12:58
"Milli Qurtuluşdan başlanan yol ölkəmizi sabitliyə apardı" - Millət vəkili
12:37
80 yaşlı Tramp ABŞ tarixində REKORDA İMZA ATDI – BAYDENİ GERİDƏ QOYDU
12:28
Ermənistanda müxalifətin seçki şikayəti rədd edildi
12:25
İngilis Kanalında Rusiyaya bağlı tanker saxlanıldı
11:58
Ağdamda mağazaya ildırım düşdü: YANĞIN BAŞ VERDİ
11:50
Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını ÖLDÜRDÜ
11:39
Türkiyə millisi DÇ-2026-ya məğlubiyyətlə başladı
11:15
İsrail səfirliyindən "Hizbullah"-la bağlı SƏRT BƏYANAT
10:53
Bu gün magistratura imtahanı keçirilir
10:25
BAMF Hidayət Orucovun vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
10:00
İcazəsiz uçuş OLMAYACAQ – avtonom dronlar üçün yeni tələblər
07:43
Mərakeş millisinin baş məşqçisi: "QALİB GƏLMƏK İSTƏYİRDİK, AMMA..."
07:30
Fukuşimada ikinci dayanma: 7800 ton suyun buraxılması yenidən başladı
06:31
30 dəqiqəyə silindi: Trampın adı məşhur mərkəzin fasadından çıxarıldı
06:07
DÇ-2026: Haiti - Şotlandiya oyununda hesab açılıb - YENİLƏNİR-2
05:47
ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb
05:44
ABŞ parçalanır? – Bir neçə ştatda ayrılmaq çağırışları gücləndi
05:36
İranda aksiyalar başladı - Əraqçinin istefası tələb edilir
05:32
ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib
05:10
Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq
05:05
Braziliya - Mərakeş oyununun ən yaxşı futbolçusu açıqlanıb
04:50
Braziliya Mərakeşi məğlub edə bilmədi
02:53
Haitidə yüksək vəzifəli məmur oğurlandı
01:33
İran və ABŞ rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər - KİV
01:28
KİV ABŞ və İran arasında imzalanacaq memorandumun təfərrüatlarını açıqlayıb
00:46
DÇ-2026: Qətər - İsveçrə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
00:35
Meksikada SİLAHLI HÜCUM : Mer öz evində qətlə yetirildi
00:27
Məzunlar “Son zəng”i təhlükəsiz qeyd etdi : DİN-dən AÇIQLAMA
00:18
Trampın İran açıqlaması İsraildə REZONANS YARATDI – Netanyahu İCLAS KEÇİRİR
00:09
14.06.2026
Tramp ilə Makronun görüşəcəyi yer və məkan bəlli olub
23:48
Hidayət Orucov vəfat etdi
23:38
DÇ-2026: Qətər - İsveçrə oyunu start götürüb
23:19
Kirən kəndində qəza baş verib - Ölən var
22:56
"YouTube"da 500 milyon abunəçisi olan ilk bloger o oldu
22:36
DİQQƏT‼️ Bu ərazilərdə parklanma məhdudlaşdırılacaq
22:25
Avtoxuliqanlıq edən sürücü həbs edilib
22:20
Naxçıvana uçan təyyarə ildırım səbəbindən Bakıya geri qayıdıb
21:45
Flora Kərimova komadadır? - Qızından AÇIQLAMA
21:21
İranla saziş imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq - TRAMP AÇIQLADI
21:14
Flora Kərimova xəstəxanaya yerləşdirilib
20:29
Millimiz dünya çempionu oldu
19:55
Faciə! İki nəfəri İLAN SANCDI: BİRİ ÖLDÜ
19:42
Tramp və Zelenski görüşəcək
19:16
"Çiçəklənən Ermənistan" Paşinyana qarşı məhkəmə iddiası qaldırdı
19:01
Tramp Pakistanın Baş nazirinə CAVAB VERDİ
18:39
Mehdiyevin ailə bankı ilə bağlı QƏRAR VERİLDİ
18:06
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə etdi
17:54
Məşhur fransız futbolçu transferi ilə bağlı açıqlama verdi
17:43
Ən çox işləyənlər bu ölkədədir — SİYAHI AÇIQLANDI
17:27
Baş Gömrük İdarəsində əməliyyatın detalları açıqlandı
17:15
ABŞ və İran arasında sülh sazişi 24 saat ərzində imzalana bilər
16:53
ABŞ Avropaya hərbi dəstəyi azaltmağı planlaşdırır
16:41
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR