Bu gün ABŞ prezidenti Donald Tramp özünün 80 illik yubileyini qeyd edir.
EDnews xəbər verir ki, o, artıq Amerikanın tarixində ən yaşlı liderə çevrilib və öz sələfi Co Baydenin rekordunu geridə qoyub.
2024-cü ildə ikinci dəfə ABŞ prezidenti seçilən zaman Trampın 78 yaşı var idi. Bununla da o, 77 yaşında prezident seçilmiş sələfi Co Baydenin rekordunu təzələmişdi.
Maraqlıdır ki, ABŞ Konstitusiyası prezident seçilmək üçün yalnız minimum yaş həddini – 35 yaşı tələb edir. Ali dövlət vəzifəsi üçün yuxarı yaş məhdudiyyəti isə qanunvericilikdə nəzərdə tutulmayıb.
Buna görə də, əgər Tramp prezidentlik müddətini sonadək başa vurarsa, 2029-cu ilin yanvarında onun artıq 83 yaşı olacaq.
Bu isə o deməkdir ki, o, səlahiyyət müddəti başa çatarkən 82 yaşında olan Co Baydenin rekordunu növbəti dəfə qırmış olacaq.
Müqayisə üçün qeyd edək ki, ABŞ-nin ən gənc prezidenti Teodor Ruzvelt (1901-1909) bu vəzifənin icrasına başlayanda cəmi 42 yaşında idi.
Hazırda Amerika siyasətinin yüksək eşalonunda Trampdan daha yaşlı simalar da fəaliyyət göstərir. Məsələn, Ayova ştatından olan senator Çak Qraslinin hazırda 92 yaşı var. O, 1981-ci ildən bəri fasiləsiz olaraq Senatda çalışır və cari səlahiyyət müddəti 2029-cu ilin əvvəlinə qədər davam edəcək.


.jpg)




