ABŞ-ın şimal-qərbində, Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.
EDnews xəbər verir ki, bu barədə Fox News kanalının yerli bölməsi məlumat yayıb.
Qeyd olunub ki, pilot katapult edib və xəstəxanaya aparılıb. Qəzanın səbəbi açıqlanmayıb.
Qəza nəticəsində meşə yanğını başlayıb.
Xilasedicilər hadisənin baş verdiyi Rimrok gölü yaxınlığındakı istirahət edənləri təxliyə ediblər. Yanğınsöndürənlər alovu söndürmək üçün hadisə yerinə cəlb edilib.
.jpg)






.jpg)