İyunun 15-də ölkə ərazisində avtomobil yollarında vəziyyətin çətinləşəcəyi gözlənilir.
EDnews xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Bu səbəbdən magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.
Sürücülərə yollarda diqqətli olmaları, sürət həddinə və ara məsafəsinə əməl etmələri tövsiyə olunur.







