Türkiyədə yoxsa Misirdə tətil edək? – Rəqabət bazarında canlanma Qahirə Universitetinin professoru ilə ÖZƏL ŞƏRHDƏ

Turizm - ixracat və inşaat sektorlarından sonra - ölkəyə ən çox valyuta ehtiyatları gətirən sahə olaraq qalır. 
 
Son illər dünyada həm xidmətə, həm də qiymətə görə Türkiyə turizm sektoruna liderlik edirdi. Lakin lirənin dollar qarşılığında ucuzlaşması ölkədə turizma böyük zərbə vurub. Bahalaşma turistlərin əvvəllər düşünmədən seçdikləri Türkiyəyə alternativ variantlar axtarmağa vadar edib.
 
Misir turizm sektorunda daima  Türkiyə ilə bu rəqabətdə olduğu üçün bu vəziyyət ölkədə turist axınına səbəb olub. Statistikaya görə, bu il əsasən Rusiyadan olan  turistlər istirahət etmək üçün Misiri seçir.
Turizmdə bu canlanma Misirə hansı təsirləri göstərə bilər? 
 
Məsələni Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər Fakültəsinin İqtisadiyyat professoru Dr.Əşrəf Samir Ənvərlə müzakirə etdik. Ekspert Ednews-a açıqlaması zamanı bildirib ki, Misir Yaxın Şərqin ən yaxşı turizm mərkəzlərindən biridir.
 
“Ölkədə turizm sektoru cari ilin ilk üç ayında 43% artıb. Misir həm tarix, həm də mədəniyyət cəhətdən zəngin bir ölkədir.  Həm də Misirdə yaşayış  xərcləri Türkiyədən ucuz olduğu üçün bu ona daha böyük turist axını gətirir. Məsələn  Misirdə gündəlik xərclər təxminən İstanbulda  xərclərin üçdə birinə bərabərdir. Bunun səbəbi isə Türkiyədə baş verən inflyasiyanın yüksək olmasıdır”.
 
Həmçinin o bildirib ki, Misirdə illik inflyasiya 2023 və 2024-cü illərdə təxminən 21,6% və 18,0% təşkil edib. Türkiyəyə isə bu  təxminən 35,2% - 50,6%  civarında olub.
 
“Bu da öz növbəsində  ölkədə  hər şeyin kəskin dərəcədə bahalaşmasına gətirib çıxarır. Türk lirəsi təxminən 0,046 ABŞ dolları təşkil edir. Misir pound  isə təxminən 0,032 ABŞ dollarıdır. Statistik məlumatlara nəzər saldıqda görürük ki, növbəti iki il ərzində  Misirin turizm sektorunda büyük canlanma olacaq. Bununla belə,  hər iki ölkə arasında müştərək turizm proqramları təşkil olunarsa, turistlərin səyahət xərclərini azalar və turizm sektorunun bərpası üçün əlverişli mühit yaranar .
 
Loğman Yunis
İlham Əliyev xalqa müraciət edir - Canlı