Cənubdan növbəti təhlükə İran Azərbaycana ixrac etdiyi qidalara zərərli maddələr qatır? - İDDİA

İqtisadiyyat 15:00 08.06.2023
Azərbaycanla İran arasında davam edən gərginliyin fonunda qonşu ölkədən idxal olunan qida məhsullarına da məhdudiyyət qoyulacağı barədə müzakirələr gedir. 
 
Məlum olduğu kimi, Bakıda, eləcə də ölkənin müxtəlif bölgələrində İran istehsalı qida və ərzaq məhsulları satılan mağazalar var. Bəzi iddialara görə, həmin qidalar sağlamlığımız üçün ciddi təhlükə yaradır. İran tərəfinin bilərəkdən bu qidaların tərkibinə insan orqanizminə zərər verə biləcək maddələr qatdığı iddia edilir.
 
“İran illər boyu ölkəmizə buraxılma tarixi və yararlılıq müddəti bəlli olmayan, bütünlüklə fars dilində markalaşmış mallar idxal edib”. 
 
Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Ednews-a verdiyi açıqlamada bildirib. O qeyd edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna, Nazirlər Kabinetinin 94 saylı Qərarı və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna görə Azərbaycan əmtəə bazarında olan bütün mallar xarici dillə yanaşı Azərbaycan dilində də markanalanmalıdır. 
 
 
“Bu məsələdə uzun illər böyük istehlakçı narazılığı ilə qarşılaşmışıq. 2023-cü ilin yanvarından AQTA markalanma işini nəzarətə götürüb. Bildiyim qədərilə müəyyən işlər gedir. Onu da qeyd edim ki, İranda geni modifikasiya olunmuş qidalar istehsal edilir – kartof, bibər və s. Bu barədə biz illər öncə məlumatlı idik. Bunlar ölkəyə hibrid adı ilə gətirilir. AQTA çox təəssüf ki, həmin GMO-ları tədqiq etmir. Düşünürəm ki, İrandan idxal olunan məhsullarda GMO-lar tədqiq olunmalıdır. Digər hibrid və peptisitlərə isə Agentlik nəzarət edir. Dəfələrlə İrandan gələn mallara qadağa qoyulub”.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, keçən il iki ölkə arasında təqribən 500 milyon dollara yaxın ticarət dövriyyəsi olub. 
 
“Azərbaycan İrana keçən il çox az miqdarda - cəmi 36-38 milyon dollar civarında mal ixrac edib. 450 milyon dollardan yuxarı isə İranın Azərbaycana ixrac etdiyi malların həcmidir. Bu mal və məhsullar içində kənd təsərrüfatı, bəzi ərzaq və məişət kimyası məhsulları daha çox yer alıb”. 
 
 
N.Cəfərlinin sözlərinə görə, həmin məhsulların Azərbaycana ixracatında axsamalar və ya azalmalar olarsa, bazarda bu məhsulların azalması və ya tamamilə aradan qalxması həmin məhsullarda qiymət artımına səbəb ola bilər.
 
“Burada qabaqlayıcı tədbirlərə ehtiyac var. Əgər belə bir qərar verilərsə, eyni növ məhsulların başqa ölkələrdən – Pakistandan və s. idxalı ilə bağlı müəyyən razılaşmalar əldə olunmalıdır. Bazardakı boşluq və məhsul çatışmazlığı qiymət artımını sürətləndirən faktora çevrilə bilər”. 
 
Deputat Razi Nurullayevin fikrincə isə, müvafiq qurumlar İran istehsalı qidaların tərkibində vətəndaşlarımızın sağlamlığı üçün zərərli maddələr aşkar edərsə, təbii ki, onların idxalı dayandırılacaq, başqa cür ola bilməz.
 
“İrandan ölkə ərazisinə idxal olunan qidalara məhdudiyyət qoyulması, tərkibinin yoxlanılması Azərbaycanın aidiyyatı qurumlarının birbaşa vəzifəsidir. Bunu da yerinə yetirirlər. Bu gün Azərbaycanla İran arasında münasibətlər gərgin olaraq qalır. İran hələ də ölkəmizə təzyiqlərini davam etdirir. Azərbaycana qarşı törətdiyi təxribatlarına görə üzr istəmək fikrində də olmadığı görünür”. 
 
 
İranın iki ölkə arasında münasibətləri gərginləşdirən addımlarını xatırladan deputat əlavə edib ki, belə olan halda iqtisadi əlaqələrin çərçivəsi daralacaq.
 
“Diplomatik əlaqələrin sabit olmadığı bir vaxtda İrandan ölkəmizə məhsul idxalına da məhdudiyyətlər qoyula bilər. Biz İranla dinc qonşuluq siyasətinin tərəfdarıyıq. Görünür ki, İran Azərbaycanı təhdid altında saxlamaq, Konstitusiya quruluşunu dəyişmək üçün agentura şəbəkəsi yaratmaqla məşğuldur. Qarşılığında dövlətimiz öz suverenliyini, təhlükəsizliyini və vətəndaşların sağlamlığını qorumaq üçün hər zaman olduğu kimi lazımlı addımları atacaq”.
 
 
Törə Zeynal
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı