Ələt Azad İqtisadi Zonasında investorlar üçün imtiyazlar AÇIQLANDI

Ələt Azad İqtisadi Zonasında investorlar üçün fiskal və qeyri-fiskal imtiyazlar açıqlanıb. 
 
Ednews  xəbər verir ki, iqtisadi zonada tətbiq edilən imtiyazlar aşağıdakılar: 
 
- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar; 
 
- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur; 
 
- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur; 
 
- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır; 
 
- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur; 
 
- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur; 
 
- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur; 
 
- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir; 
 
- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir. 
 
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO