Çinin elektrikli avtomobil sənayesi son illərdə xeyli dərəcədə inkişaf edərək özünün zirvəsinə yetişmişdir.
Ednews Reuters-a istinadən bildirir ki, Avropa, ABŞ və Yapon texnologiya şirkətləri Çin sənayesi ilə rəqabət aparmaqda çətinlik çəkirlər.
Qeyd edək ki, dünyanın bir çox elektrikli avtomobil istehsal edən ölkələrinin sənayesini Çin şirkətləri müxtəlif müasir texnologiyalarla təchiz edir.
Dünyanın ən böyük elektrikli avtomobil sənayesi istehsalatçısı olan Tesla şirkəti belə özünün bəzi mühərrik batareya hissəciklərini çindən alır.
Fərid Axund