Şəhid ailə üzvlərinin orta pensiyası 1200 manatdan çoxdur.
Ednews xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
Nazir, həmçinin qeyd edib ki, müharibə əlilliyi olan insanların aldıqları təqaüd və pensiyanın orta məbləği 750 manatdan çoxdur.
Növbəti ildə bu rəqəm indeksasiya ilə 800 manata çatacaq. Bu istiqamətdə siyasətimiz davamlı olaraq həyata keçiriləcək.