Bank depozitlərinin vergisində güzəşt gözlənilir – Natiq Cəfərlidən AÇIQLAMA

İqtisadiyyat 15:00 29.11.2023

Banklar noyabr ayına əmanət portfellərində azalma ilə daxil olublar. Son bir ayda bankların əmanət həcmi 12 milyard 705 milyondan 12 milyard 564 milyon manata qədər azalıb. Bu Muğan Bankın müflis olması ilə əlaqələndirilsə də, nəzərə almaq lazımdır ki, banklardakı depozitlərin vergiyə cəlb olunması banklarda əmanətlərin həcminə təsir göstərib.

Növbəti ildən depozit vergilərində güzəştlər həyata keçirilməsi gözlənilə bilər?

Mövzu ilə bağlı Ednews-a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirdi ki, iqtisadçıların bu barədə insanlara uzun zamandır xəbərdarlıq etdiyini açıqlayıb:

“Təbii ki, son illərdə nəzərə çarpacaq dərəcədə baş verən dəyişikliklər “Muğan Bank”-la da əlaqəlidir. Əmanətlərin həcmində ciddi azalma var və ümumi əmanət portfoliyasının çıxarışından müşahidə olunur ki, artıq 100 milyona yaxın əmanət geri qaytarılıb. Amma, keçən ilin sonunda depozitlərə vergi məsələsi müzakirə olunanda, biz ictimai çıxışlar zamanı əhaliyə öz əmanətlərini banklardan götürməmələri barədə tövsiyə vermişdik. Xəbərdarlıq etmişdik ki, böyük ölçüdə vəsaitlər dövlət büdcəsinə cəlb olnmasa da, kiçik həcmli əmanətçilərin narazıçılıqları artacaq. Bu onların banklardan öz vəsaitləri geri çəkməsi ilə nəticələnəcək. Təəssüf ki, bu barədə haqlı çıxdıq və banklarda əmanətlərin azalması müşahidə edildi. Lakin, bu ilk dəfə baş vermir, Muğan bankın bağlanmasına qədər də bu hal müşahidə olunurdu. Beləliklə, əmanətlərin vergiyə cəlb olunması büdcəyə ciddi bir xeyir verməsə də, bu banklara olan güvənin azlaması ilə nəticələnir. Hazırda əmanət vergilərinin azaldılması ilə bağlı təkliflər irəli sürülüb. İndi 18 və daha artıq aylıq əmanətləri ümumiyyətlə vergidən azad etmək düşünülür. Bir illik əmanətlərdə isə 200 manatlıq vergi tutulması nəzərdə tutulur. Bu da kiçik həcmli əmanətlər üçün kifayət qədər güzəşt deməkdir. Lakin, bu da yanlış bir qərardır, düşünürəm ki, əmanətlərdən tutulan vergilər birbaşa ləğv olunmalıdır. Bu məsələ artıq birdəfəlik Milli Məclisə çıxarılıb və müzakirə məsələsi olub. Daha öncə də qeyd etdiyim kimi, əmanətlərdən vergi tutulma məsələsi dövlət büdcəsinə xeyir vermir, əvəzində isə kiçik əmanətçilərin banklara inamını sarsıdır. Əlbəttə, bu da öz növbəsində bərpa edilməsi çətin bir problemə çevrilə bilər”.

Real sektorun banklarda əmanət həcmini artırmaq və kredit faizlərinin aşağı salınması barəsində danışan ekspert qeyd etdi ki, hazırda Mərkəzi Bank uzun müddətdən sonra ilk dəfə son iclasında uçot dərəcəsini 0.25% azaldıb: 

“Uçot dərəcəsinin buna qədər ki, artımı inflyasiya ilə əlaqələndirilirdi. Lakin, rəsmi məlumatlara görə artıq inflyasiyada səngimələr var. Beləliklə, uçot dərəcəsinin azaldılması bank faiz dərəcələrinin aşağı düşməsinə təkan verməlidir. Burada başqa bir nüans var ki, depozitlərin faizi artdıqca kreditlərin də faizi artır. Bu asılılıq bütün dünya banklarında baş verən bir hadisədir. Hələlik orta depozit faizi 9-10 civarındadır və bu azaldılsa əmanətçilərin öz vəsaitlərini geri çəkməsi ilə nəticələ bilər. Faiz dərəcələri indiki halında qalsa, bu zamanda kredit faizləri aşağı düşə bilər. Bunun tək çıxış yolu Mərkəzi Bankın sərbəst vəsaitinin banklara daha aşağı faizlə sırf kreditləşmənin istiqamətləri üzrə verməsidir. Bir şərtlə ki, onlar istehlak kreditlərinə yox, daha çox istehsal və ya ipoteka kreditlərinə yönləndirilsin. Bu yolla həm bazarda canlanma yarana bilər və kredit faizlərinin aşağı düşməsi müşahidə oluna bilər”.

Fərid Axund

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı