Moskva ilə Tehran arasında ticarət dövriyyəsi təxminən 5 milyard ABŞ dollarına çatıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlarda bildirib.
“Ötən il ticarət dövriyyəsi 20% artaraq yaxşı nəticələr əldə edib. Ticarət dövriyyəmiz 5 milyard dollar təşkil edib”, - o deyib.
Rusiya Prezidenti, həmçinin iranlı həmkarını Fələstindəki vəziyyəti müzakirə etməyə çağırıb.
“Əlbəttə, bizim üçün regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq çox vacibdir. Xüsusilə Fələstindəki vəziyyət ilə bağlı danışmaq vacibdir”, - Rusiya lideri Rəisiyə müraciət edərək söyləyib.