Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunacaq.
Bu barədə Ednews-a Nazirlər Kabinetindən məlumat verilib.
Ötən gün Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər müzakirə olunub.
İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.
İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.