IMF: “Azərbaycan Mərkəzi Bankı hibrid inflyasiya hədəfləmə rejiminə keçməlidir”

İqtisadiyyat 18:44 07.02.2024

Azərbaycan Mərkəzi Bankının (AMB) pul-kredit siyasəti ilə bağlı mövqeyi məqbuldur və onu daha da yumşaltmazdan əvvəl ehtiyatlı olmaq tövsiyə olunur.

Ednews xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.

“İnflyasiya hədəf diapazonuna qayıdıb, Mərkəzi Bank 2021-ci ilin ortalarından 2023-cü ilin may ayına qədər 275 bənd həcmində sərtləşdirmədən və ehtiyat tələblərini artırdıqdan sonra 2023-cü ilin noyabrında faiz dərəcələrini endirib. Bununla belə, xarici və daxili amillərin yaratdığı inflyasiya riskləri qalmaqdadır. Beləliklə, növbəti yumşaltmaları nəzərdən keçirməzdən əvvəl vergi-büdcə siyasətin sərtləşdirilməsinə, gəlirlərin və əmək haqqı artımının yavaşladılmasına, eləcə də ərzaq qiymətlərinə mənfi təsir edəcək xoşagəlməz şokların olmamasına ehtiyac var”, - IMF-dən bildirilib.

Valyuta Fondunun iqtisadçıları hesab edirlər ki, AMB pul siyasətinin transmissiya mexanizmini gücləndirməyə davam etməlidir: “Yeni əməliyyat sisteminin işə salınması və likvidliyin daha da azaldılmasına yönəlmiş sonrakı səylər alqışlanır və uçot dərəcəsindən banklararası məzənnəyə keçidin yaxşılaşmasına səbəb olub. Bankların kredit faizlərinə təsirini gücləndirmək üçün əlavə səylərə ehtiyac var, çünki bu, təkmil proqnozlaşdırma və kommunikasiya ilə yanaşı, orta və uzunmüddətli perspektivdə daha çox məzənnə çevikliyi və hibrid inflyasiya hədəfləmə rejimi üçün yol açmağa kömək edəcək”.

Onların fikrincə, pul-kredit siyasətini daha da yumşaltmadan əvvəl son deflyasiyanın davam etdiyinə əmin olmaq lazımdır: “İnflyasiya sürətlə azalır və AMB bu yaxınlarda faiz dərəcələrini aşağı salıb. Amma pul-kredit siyasətinin daha da yumşaldılmasından əvvəl ehtiyatlı olmaq lazımdır. İnflyasiyanın aşağı düşməsinin əsas hərəkətverici qüvvəsi olan xarici amillər tez bir zamanda geri dönə bilər. Genişləndirici fiskal siyasət və dayanıqlı əmək haqqı və gəlir artımı fonunda daxili tələb təzyiqi güclü olaraq qalır. Hibrid inflyasiya hədəflənməsinə keçidi sürətləndirmək üçün pul-kredit siyasətinin transmissiya mexanizminin gücləndirilməsi davam etdirilməlidir”.

IMF-də hesab edirlər ki, ortamüddətli perspektivdə Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonunda qalacaq. Yüksək neft qiymətləri ilə dəstəklənən xarici mövqenin müsbət ticarət balansı və valyuta ehtiyatlarının davamlı yığılması səbəbindən güclü qalacağı proqnozlaşdırılır.

“Perspektiv üçün risklər ümumilikdə balanslaşdırılmış şəkildə qalır, lakin xarici qeyri-müəyyənlik yüksəkdir. Ukraynada müharibənin kəskinləşməsi, İsrail və Qəzzadakı münaqişə karbohidrogenlərin qiymətlərinin və onlara tələbatın artmasına səbəb ola bilər ki, bu da ixracın və büdcə gəlirlərinin artmasına səbəb olacaq. Amma bu, ərzaq təhlükəsizliyinin azalması və inflyasiya riskləri yaradaraq, ərzaq qiymətlərinin artmasına da səbəb ola bilər. Qlobal tənəzzül Azərbaycanın ticarət şərtlərinə mənfi təsir göstərə bilər və ticarət tərəfdaşlarının zəif iqtisadiyyatları və daha dərin geoiqtisadi parçalanma ilə yanaşı, perspektivdə də təsir göstərə bilər. Baza proqnoz üçün daxili risklər protsiklik fiskal siyasətdən, dövlət müəssisələri tərəfindən yaranan fiskal risklərdən və kənd təsərrüfatı istehsalına, ərzaq təhlükəsizliyinə və inflyasiyaya təsir göstərə biləcək ekstremal iqlim hadisələrindən yaranır. Digər tərəfdən, Ermənistanla sülh sazişi potensial olaraq regionda ticarəti artıra bilər.

Amma inflyasiya riskləri həm potensial xarici şoklar, həm də güclü daxili tələbin davam etməsi səbəbindən qalmaqdadır. Perspektiv ilə bağlı risklər ümumilikdə balanslaşdırılmış, lakin yüksək olaraq qalır və yüksək qeyri-müəyyən xarici hadisələri əks etdirir”, - hesabatda deyilir.

IMF-nin proqnozlarına görə, 2024-cü ildə ölkədə orta illik inflyasiya 4,7 %, 2025-ci ildə 5 %, 2026-cı ildə 4,5 %, 2027-2028-ci illərdə 4 % təşkil edəcək. İstehlak qiymətləri indeksinin (dövrün sonunda) 2024-2025-ci illərdə 5 %, 2026-2028-ci illərdə isə 4 % artacağı gözlənilir.

2023-cü ildə Azərbaycanda inflyasiya 8,8 % olub. Bu göstərici 2022-ci ildə 13,9 % təşkil edib.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı