Bolqarıstan 2026-cı il yanvarın 1-dən avroya keçə bilər.
“EDnews” xəbər verir ki, ölkə Avropa Komissiyası və Avropa Mərkəzi Bankından müvafiq icazəni alıb.
Bununla da o, Avropa İttifaqının avrozonaya qoşulmuş 21-ci üzv dövləti olacaq.
Avropa Mərkəzi Bankının bəyanatında bildirilir ki, Bolqarıstan vahid Avropa valyutasına keçid üçün bütün zəruri meyarlara cavab verir.