Yaşıl çayı necə qəbul etmək lazımdır? Bunu hamı bilməlidir!

Sağlamlıq 16:02 13.08.2017

Yaşıl çayın faydası haqqında demək olar ki, eşitməyən yoxdur. Qədim Çin rəvayətinə görə, yaşıl çay dünyaya müqəddəs Bodhidharma tərəfindən göndərilmişdir.

Çinin qədim sərkərdələrindən olan Şen Nun öz ölkəsinin sakinlərinə yaşıl çay içməyi məsləhət görür və onun oynaq ağrılarını azaltmaq, görməni yaxşılaşdırmaq, immun sistemi gücləndirmək, yorğunluğu aradan qaldırmaq kimi müalicəvi xüsusiyyətləri olduğunu söyləyirdi. Müasir dövrdə isə yaşıl çayın tonuslandırıcı, qantəmizləyici, iltihabi prosesə qarşı, antihipertenziv, antitoksik, antiseptik, sakitləşdirici, ishal əleyhinə, antiaterosklerotik keyfiyətləri də aşkar edilib.

Yaşıl çayın faydalı xüsusiyyətlərindən bəhrələnmək üçün onun xüsusi hazırlanma və içilmə qaydasına düzgün əməl edilməlidir. Çinlilər çayın üzərində hazırlanma və istifadə qaydasını çox aydın şəkildə yazırlar. Çay hazırlanandan sonra maksimum 6 dəqiqə keçir və içilmirsə, onun tərkibindəki efir birləşmələri uçur və orqanizmə lazım olan maddələrin böyük bir hissəsi itir. Belə çıxır ki, təzə hazırlanmış yaşıl çay maksimum 5 dəqiqə ərzində içilməlidir, əks halda sevə-sevə içdiyimiz çay zəif ətirli və faydasız bir məhlula çevrilir.

Çayı bir dəfə hazırlamaq və gün ərzində bir neçə dəfə yenidən qaynadıb içmək də orqanizm üçün çox təhlükəlidir. Ölkəmizin əksər bölgələrində adətən yeməkdən sonra mütləq çay içilir ki, bu da bir növ qida qəbulu prosesinin davamı kimi başa düşülür. Hətta çox vaxt onu bir qanunauyğunluq kimi icra edir və doğru olmadığını ağlımıza da gətirmirik. Əslində isə mütəxəssislər çayın həmin qaydada qəbulunun orqanizm üçün faydasız olduğunu iddia edirlər. Onların fikrincə, çay ya ayrıca ritual olaraq içilməli, ya da yeməkdən ən azı 30-40 dəqiqə sonra qəbul olunmalıdır. Bir çox xalqlarda çayın mütləq balla, südlə, şirin nemətlərlə içilməsi kimi vərdişlər formalaşmışdır və bu, çayın kalorilik dərəcəsinin artırılmasına xidmət edir.

Yaşıl çayın qəbulu bəzi hallarda sağlamlıq və xəstəliklərsiz həyat tərzi təsəvvürü yaradır. Bu, həqiqətən də belədirmi?

Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri olduğu danılmazdır. Lakin bununla bərabər bir çox apteklərdə və hətta bəzi böyük marketlərdə adi və yaşıl çayla yanaşı xüsusi karton qablarda müxtəlif çeşidli bitki çayları da satılır. Təəssüf ki, həmin "müalicəvi çayların" tərkibinə daxil olan bitkilərin nə dərəcədə düzgün seçilməsi, hansı şəraitdə yığılması, keyfiyyəti qaranlıq olaraq qalır. Əksər hallarda istehlakçılar adi və ya yaşıl çay alarkən ilk növbədə onun ətrinə fikir verir və adətən daha ətirli olanı seçirlər. Lakin yadda saxlamaq lazımdır ki, bəzi hallarda istehsalçılar çaylara gözəl ətir verən süni aromatizatorları xammala hopdurur və bununla da çayların alıcılar tərəfindən daha tez alınmasını, hən də daha üstün qiymətləndirilməsini təmin etmiş olurlar. Əminliklə söyləmək olar ki, yaşıl çayı tanıyanların az qala hamısı onun ancaq müsbət, yəni faydalı xüsusiyyətlərini bilirlər. Təəssüf ki, yaşıl çayın da qədərindən artıq içilməsi onun zərərli xüsusiyyətlərinin üzə çıxmasına səbəb olur. Alimlərin əldə etdikləri nəticələrə görə, müəyyən müddət fasiləsiz yaşıl çay içənlərin ürək vurğularında nəzərəçarpacaq qüsurlar yaranır. Bundan başqa yaşıl çayın jenşenlə qarışığı onkoloji xəstəliklər zamanı əks-göstərişdir və qəbulu yolverilməzdir. Həmin çay daha çox yaşı 50 və daha yuxarı olan qadınlar üçün xüsusilə təhlükəlidir. Son illər aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, uzun müddət və fasiləsiz olaraq yaşıl çay içilməsi böyrəklərdə daş əmələ gəlməsi prosesini sürətləndirir, qaraciyər və böyrəklərin fəaliyyətinin zəifləməsinə, müəyyən vaxtdan sonra isə həmin orqanların xroniki xəstəliklərinə aparıb çıxarır. Bunun ən əsas səbəbi yaşıl çayın tərkibində olan polifenol birləşmələrinin çoxluğudur və bir müddət sonra onlar qaraciyərin və böyrək parenximasının zədələnməsinə səbəb olur.

Sual yaranır: yaşıl çayın sağlamlıq üçün bu qədər mənfi təsirləri varsa, onda nə etmək lazımdır? Bəlkə ondan tamamilə imtina edilməlidir? Axı yaşıl çayın metabolik, güclü antioksidant, antitoksik təsirlərini və əhval-ruhiyəni yaxşılaşdırmaq xüsusiyyətini göz ardına vurmaq olmaz. Əvvala, yaşıl çayı keyfiyyətinə əmin olandan sonra qəbul etmək məsləhətdir. Daha yaxşı olar ki, onun qəbulu uzun müddət aparılmasın. Əks halda yaşıl çayın xeyrindən çox ziyanı ilə üzləşirik, necə deyərlər, üzrü günahından betər olur. (Herba-flora.com)

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Hamısı