Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.
EDnews-un TƏBİB-ə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, qəza ilə əlaqədar 5 kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir. Yaralılardan 3 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
16:40
Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
EDnews xəbər verir ki, hadisə Bərdə-Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, adıçəkilən yolda 99-UA_251 dövlət nömrə nişanlı, "Renault Laguna" avtomobili hərəkət edərkən əks istiqamətdə olan QAZ markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıların üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)





