NATO İkinci Dünya müharibəsindən bəri ən ciddi böhran dövrünü yaşayır.
EDnews xəbər verir ki, bunu ABŞ-nin NATO yanında keçmiş daimi nümayəndəsi İvo Daalder "Bloomberg" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa ölkələri artıq ABŞ-ni etibarlı müttəfiq kimi görmür və bunun əsas səbəbi Prezident Donald Trampla alyans üzvləri arasında yaranan fikir ayrılıqlarıdır.
Məlumata görə, iyulun 7-8-də keçirilən NATO sammiti də müttəfiqlər arasında narahatlığı daha da artırıb.
Tramp sammit zamanı ABŞ qoşunlarının Avropadan tam çıxarılmasının mümkünlüyünü istisna etməyib və müdafiə xərclərini artırmayan ölkələri tənqid edib.








