Yəmən silahlı qüvvələri İran təyyarəsinin enişinin qarşısını almaq üçün "Ənsar Allah" tərəfindən idarə olunan Səna beynəlxalq hava limanının uçuş-enmə zolağına zərbə endirib.
EDnews xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.
Yəmənin dövlət xəbər agentliyi "SABA"nın verdiyi məlumata görə, nazirliyin açıqlamasında deyilir:
"İran rejimi tərəfindən dəstəklənən husi qruplaşmaları Yəmən milli aviasiyasının paytaxt Səna hava limanına enişini qadağan edib və İran təyyarəsinin Yəmən ərazisinə girməsində israr edib. Buna görə də hava limanının uçuş-enmə zolağına hücum edilib " .








