Avropa İttifaqı 27 üzv ölkədə azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağı planlaşdırır.
EDnews xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Təklifə əsasən, 13 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən yalnız valideyn, müəllim və ya qəyyumun nəzarəti altında və məhdud vaxt ərzində istifadə edə biləcəklər. Məhdudiyyətlər yaş artdıqca mərhələli şəkildə yumşaldılacaq.
Ursula fon der Lyayen bildirib ki, məqsəd uşaqları internetdəki risklərdən qorumaq və onlar üçün daha təhlükəsiz onlayn mühit yaratmaqdır. Konkret təklifin sentyabr ayında təqdim ediləcəyi gözlənilir.








