Peter Teyz: "Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edir"

Peter Teyz: <span class="text-danger">"Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edir"</span>

“Azərbaycan demokratik cəmiyyətlərdə medianın rolu, süni intellekt, dezinformasiya və saxta xəbərlərin doğurduğu fəsadlarla bağlı qlobal müzakirələrdə getdikcə daha mühüm mövqeyə sahib olur. Şuşanın zəngin tarixi irsi və mədəni kimliyi bu qədim Azərbaycan şəhərini etibarlı medianın gücləndirilməsi və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafı üçün ideal mərkəzə çevirir".

Bu fikirləri amerikalı siyasi şərhçi Peter Teyz IV Şuşa Qlobal Media Forumunda EDnews-a açıqlamasında bildirib:

“Dünya tarixində ilk dəfə olaraq tanınmış alimlər, akademiklər, media nümayəndələri və dövlət rəsmiləri "Həqiqət hər şeydən öncədir" prinsipini gücləndirmək məqsədilə Şuşada bir araya gəlirlər. Bu tədbirin məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Çünki bu şəhər 30 ilə yaxın müddət ərzində yalnız işğaldan deyil, beynəlxalq medianın qərəzli və təhrif olunmuş yanaşmalarından da ciddi şəkildə əziyyət çəkib”- deyə siyasi şərhçi vurğulayıb.

Peter Teyz qeyd edib ki, bəzi aparıcı beynəlxalq media qurumlarının uzun illər ərzində yaydığı birtərəfli məlumatlar Azərbaycanın nüfuzuna ciddi zərər vurub. Buna baxmayaraq, Şuşa bu gün ədalətsizliyin külləri arasından yenidən yüksələrək qlobal dialoq və əməkdaşlıq mərkəzinə çevrilir.

“Urbisid, ekosid və soyqırımı siyasətinin ağır nəticələrini yaşamış Şuşa bu gün daha güclü xalqların, daha sülhsevər dünyanın və ədalətli informasiya mühitinin qurulmasının mümkün olduğunu nümayiş etdirir. Burada iqtisadi inkişafla dəqiq, obyektiv və məsuliyyətli xəbər yayımı arasında sağlam əlaqənin formalaşdırılması mümkündür”, - siyasi şərhçi söyləyib.

Peter Teyzin fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan strateji yanaşmaların və qlobal geosiyasi tendensiyaların ölkələrin və bütövlükdə regionların inkişafına real töhfə verə biləcəyini dünyaya nümayiş etdirib:

“Şuşa Qlobal Media Forumu tarixi hadisədir. Bu Forum Azərbaycanı və Şuşanı medianın gələcəyi, informasiya texnologiyalarının inkişafı və demokratik cəmiyyətlərdə dezinformasiyanın yaratdığı təhlükələrin müzakirə olunduğu qlobal mərkəzlərdən birinə çevirir”.

Amerikalı siyasi şərhçi Prezident İlham Əliyevlə keçirilən interaktiv dialoqun da xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, real faktların saxta xəbərlərlə təhrif edildiyi, hibrid müharibənin təbliğat və informasiya savaşı ilə sıx bağlı olduğu müasir dövrdə belə dialoqlara böyük ehtiyac var.

Peter Teyz əlavə edib ki, Forum çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər olub:

“Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edir. Prezident Donald Tramp və Prezident İlham Əliyev iki ölkə arasındakı strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin əsas memarları kimi çıxış edirlər”.

Aytac Kərimova | EDnews 

Xəbər xətti

İnsan beyninin “xəritəsi” yaradıldı: alimlərdən mühüm kəşf
03:00
ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik
02:16
Çin “DeepSeek anı” ilə texnologiyada yeni dövr başladığını bəyan edir
02:15
5,5 milyonluq nadir kərtənkələlər Polşaya aparılarkən tutuldu
02:00
CENTCOM İrana yeni zərbələr dalğasını elan etdi
01:17
Alimlərdən sensasion iddia - HƏYAT YENİDƏN BAŞLAYIR
00:51
Diyetoloqdan vacib xəbərdarlıq - "Bu səhvi etməyin!"
00:41
14.07.2026
Tramp xalqa müraciət edəcək
23:40
Aİ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır – KALLAS TARİXİ AÇIQLADI
23:30
Rusların sursat anbarı VURULDU
23:20
"Neftçi" son yoxlama oyununda rəqibinə uduzub
22:49
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
22:29
Beynəlxalq dil sertifikatları ilə bağlı müzakirələrə DİM-dən CAVAB
21:50
Ukraynanın Baş naziri İSTEFA VERDİ
21:40
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:30
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB 2
20:59
PSJ Luka Dinin transferini TAMAMLAYIR
20:35
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:25
Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda üç ölkənin nümayəndələrilə görüşüb
19:59
Hikmət Hacıyev: "Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial var"
19:45
Hikmət Hacıyev: Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir
19:39
İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILIB
19:29
ABŞ-də YENİ QURUM YARADILDI
19:05
“Mən dəliyəm?” qorxusu, yoxsa yüksək qiymətlər: Azərbaycanda niyə psixoloqlardan qaçırlar?
19:00
Cadugərə pul verdi, arvadı yoxa çıxdı: MÜƏMMALI QƏTL
18:45
İran müharibənin regiona yayılacağı barədə xəbərdarlıq etdi
18:35
"Prezidentin sülh mesajı beynəlxalq hüquqa əsaslanan regional təhlükəsizlik çağırışıdır" - RƏY
18:20
Narkotik şəbəkələrinə qarşı əməliyyat: 1 780 nəfər tutuldu
18:00
Hörmüz yenidən bağlandı: Tramp hansı addımı atacaq?
17:50
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
17:35
Netanyahu üçün "sınaq imtahanı": Seçki Yaxın Şərqdə nəyi dəyişəcək?
17:30
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:26
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
17:22
Baş nazir Rusiyanın səhiyyə naziri ilə görüşdü
17:18
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17:14
Aİ Moldovanın hava hücumundan müdafiə sisteminə 120 milyon ayıracaq
17:08
ABŞ Hörmüz boğazını nəzarətə götürür- Tramp
17:07
Şahruddin "Qarabağ"dan ayrılır? - Klubdan AÇIQLAMA
17:00
Makron Aİ ölkələrini silah istehsalını artırmağa çağırdı
16:41
Macarıstan parlamentinin fövqəladə iclası müxalifətsiz başladı
16:35
Rafael Ağayevə ağır itki
16:23
NATO tarixinin ən böyük böhranını yaşayır - Sabiq nümayəndə
16:20
Şri-Lankada denq həyəcanı
16:15
Velosiped oğurları saxlanıldılar
16:11
IV Şuşa Qlobal Media Forumundan VERİLƏN MESAJLAR
16:06
Aİ azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq
15:55
Səna hava limanı vuruldu - SON DƏQİQƏ!
15:42
Geomaqnit qasırğası gözlənilir
15:33
Hikmət Hacıyev “TikTok” və “LinkedIn” rəsmiləri ilə uşaqların onlayn müdafiəsini müzakirə edib
15:13
Oğuzda kişi MEYİTİ TAPILIB
15:10
ABŞ İrana raket zərbəsi endirdi
15:00
Dani Roxas peşəkar futbolda debüt edib
14:50
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
14:43
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı
14:39
Peter Teyz: "Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edir"
14:33
1421, 8 hektar ərazi minalardan təmizlənib
14:28
"Zəngəzur dəhlizi regionun iqtisadi xəritəsini dəyişəcək" – MİLLƏT VƏKİLİ
14:21
FETÖ-yə qarşı 9 mindən çox əməliyyat keçirilib
14:10
Peskov Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı danışdı
13:57
“Bavi” qasırğası Çini vurdu
13:43
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR