"Ermənistan baş naziri Nikol Paşinyan ilə Qazaxıstan prezidenti Comərt Tokayevin görüşü zamanı "Sülh Qovşağı" planının dilə gətirilməsi Azərbaycan ilə Türkiyə başda olmaqla bütün Türk dünyasını maraqlandırır".
Bu fikirləri türkiyəli politoloq İsmail Cingöz Ednews-a özəl açıqlaması zamanı qeyd edib.
O, daha sonra bildirib ki, görüşdə əsas sfera iki ölkə arasında olan əməkdaşlıq olub:
"Bildirmək istəyirəm ki, Ermənistanın nə Azərbaycanla nə də Türkiyə ilə normal münasibətləri yoxdur. Qazaxıstanın isə önəmli türk dövləti olaraq Ermənistanla sülh prosesini müzakirə etməsi anlaşılandır. Əsas məsələ bu cür sülh görüşlərinin daha Azərbaycan və Türkiyə ilə də keçirilməli olduğunu vurğulamaq lazımdır. Əlavə olaraq görüşdə mədəni əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət, elmi tədqiqat və inkişaf, mədəniyyət və təhsil sahələrin də əməkdaşlığın mühüm hissələri qeyd olunub".
Daha ətraflı sözü gedən videoda:
Xəyal Ramiz