Türkiyənin Bartın şəhərindəki Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənində baş verən və 43 mədənçinin həyatına son qoyan faciə ilə bağlı hökm elan edib.
2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdemir də daxil olmaqla bir neçə nəfər çıxarılıb. Məhkəmə qərarına əsasən, 20 nəfər 3 ildən 17 ilədək azadlıqdan məhrum edilib. İstintaqın müəyyən etdiyi səbəblərə görə, partlayış metan qazının toplanması nəticəsində baş verib. Hadisə zamanı yerin altında ümumilikdə 110 mədənçi olub. Faciədən sonra Türkiyə parlamentində təmsil olunan bütün siyasi qüvvələrin təşəbbüsü ilə bu cür hadisələrin qarşısını almaq üçün xüsusi komissiya yaradılıb və yeni təkliflər hazırlanır.
Fatimə Şükürova // EDnews