Rusiyada “Arqumentı i Faktı” qəzetinin müxbiri Sergey Qraçevin cəsədi tapılıb.
Onun cəsədinin Nijni Novqorod yaxınlarında aşkarlandığı bildirilib.
Qeyd edək ki, Qraçev 21 iyulda Nijni Novqorodda ezamiyyətdə olan zaman yoxa çıxmışdı. Sonuncu dəfə onun “Şeraton” otelində görüldüyü haqda məlumat yayılmışdı.
Dünən həmçinin Mərkəzi Afrika Respublikasında Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları ilə bağlı reportaj hazırlayarkən üç rus jurnalist qətlə yetirilib. Onların arasında əslən azərbaycanlı olan məşhur jurnalist Orxan Camal da olub.