İtkin pilotun 7 yaşlı oğlundan ürək dağlayan sözlər "Niyə atamı göndəriblər?"

Cəmiyyət 13:49 03.08.2019

İyulun 24-də təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəza xəbəri hər kəsi sarsıtdı. Axı o təyyarədə Azərbaycan Ordusunun 100 illiyinə dair keçirilən möhtəşəm hərbi paradda Bakı səmasında insanları heyrətləndirən uçuşlar, manevrlər etmiş Rəşad Atakişiyev var idi...

Hər kəs onun sağ-salamat ailəsinə, vətəninə, öz işinin başına dönəcəyinə çox böyük ümid bəsləyir. Elə onu hər gün anasından soruşan 7 yaşlı oğlu Turqay kimi.

Turqayın babası, Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli azyaşlı nəvəsinin atası ilə bağlı verdiyi sualların qarşısında acız qaldığını deyir:

“Çox həssas uşaqdır. Hər şeyi başa düşür. O gün də hamama girib ağlayıb. Hamını da ağladıb. Bir təhər başını aldadırıq ki, Türkiyəyə gedib. Özünü inanmış kimi göstərsə də, tez-tez soruşur ki, niyə gəlmir? Niyə atamı göndəriblər? Başqasını göndərə bilməzdilər? Uşaq çox məntiqli suallar verir və adam o sualların qarşısında aciz qalır”.

Eurasia Diary xəbər verir ki, Baku TV-nin əməkdaşları pilotun evində olub, onun həyat yoldaşı Könül Atakişiyeva və qayınanası Məhbubə xanımla söhbətləşiblər.

Məhbubə xanım kamera qarşısında danışmaqdan imtina etsə də, Rəşaddan ürək yanğısı ilə söz açıb. Qayınanası deyir ki, Rəşad ailəsinə, övladlarına bağlı biridir. Hətta işdən kənar 1 saat vaxtı qalanda da bu zamanı mütləq onlarla birlikdə keçirməyi sevir.

Elə xanımı Könüllə də sevib ailə həyatı qurub:

“Gözləyirik biz. Allahdan möcüzə istəyirik. Rəşad güclü insandır”.

Qabil Hüseynli isə deyir ki, Rəşad çox yumşaq xasiyyətli adamdır:

“Nizam-intizamı çox sevir, kollektivdə də böyük hörmət qazanıb. Komandiri deyir ki, hansı işə buyursaq, Rəşad ona “baş üstə” deyir və o işi layiqincə yerinə yetirir. Onun bir dəfə də olsun nəyəsə etiraz etdiyini görməmişik”.

Qeyd edək ki, Rəşad Atakişiyevin 3 və 7 yaşında 2 oğul övladı var. 

Qeyd edək ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.


“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı