"İçərişəhər"də "Xanlar parkı" salınır | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


"İçərişəhər"də "Xanlar parkı" salınır

Cəmiyyət A- A A+

Bakının qədimliyini və tarixini əks etdirən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yeni park salınır.

Eurasia Diary trend-ə istinadən xəbər verir ki, artıq uzun zamandır restavrasiyası aparılan "Bakı Xanlarının Evi" Kompleksinin ərazisində salınacaq istirahət mərkəzində hansı yeniliklərin olacağı, şəhər sakinləri, o cümlədən turistlər üçün hansı şəraitlərin yaradılacağı barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan məlumat verilib.

Onun sözlərinə görə, restavrasiya olunan kompleksin həyətyanı sahəsi abadlaşacaq:

"İqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyətyanı sahə də köklü surətdə abadlaşdırılacaq və İçərişəhər sakinlərinin, ziyarətçilərin əvəzolunmaz istirahət guşəsinə çevriləcək. Xam torpaq üzərində müəyyən sahələrdə daş plitələr döşənəcək, qalan hissədə isə yaşıllıq salınacaq. Əhalinin rahatlığını təmin etmək üçün skamyalar qoyulacaq, talvar qurularaq, onun altında bir neçə köşk fəaliyyət göstərəcək. Parkın bədii tərtibatı zamanı portal, asma struktur kimi dekorativ vasitələrdən, fasaddan təbii işıq alınması imkanlarından istifadə olunması planlaşdırılır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...