“Söküb aparsınlar, oğluma abidə lazım deyil” Şəhid atası abidədən niyə imtina edib?

“Söküb aparsınlar, oğluma abidə lazım deyil” <span class="text-danger">Şəhid atası abidədən niyə imtina edib?</span>

Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon dairəsi, Adil Məmmədov küçəsi 99. Bu ünvan Xocavəndin Hadrud qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Rafiq Heydərovun doğulub, boya-başa çatdığı ünvandır. Bu gün o ünvanda Rafiqin doğmaları, ailəsi, dostları yaşayır. Lakin artıq Rafiq yoxdur, əvəzində isə Rafiqin adının əbədilləşdirilməsi məqsədilə qoyulmuş bir daş var.

Bəli, hansısa bir abidə və ya xatirə lövhəsi yox, məhz daş. Üstəlik elə bir daş ki, üzərində nə Rafiqin adı, nə soyadı, nə də şəkilləri əks olunmayıb.

Bu il, oktyabr ayının 14-də Fizuli və Xocavənd rayonlarının azad edilməsi və Vətən uğrunda medalları ilə təltif olunmuş, ələ keçirilmiş düşmən hərbi hissəsinə Azərbaycan bayrağını sancmış 25 yaşlı Rafiq Heydərovun şəhadətinin ildönümü mərasimi keçirildi. Mərasimə gələnləri də düşündürən əsas məqam şəhidin adına qoyulmuş bu daşın nə üçün bir il ərzində abidəyə çevrilməməsi idi.

Şəhidin ailəsi və yaxınlarının dediyinə görə, şəhidimizin adının əbədiləşdirilməsi üçün Binəqədi rayon İcra Hakimiyyəti bir sıra təkliflər irəli sürüb. Ailə bu təkliflər içərisində seçim edərək, Rafiqin yaşadığı məhəllədə bir abidənin hazırlanmasına razılıq verib. Amma Binəqədi rayon İcra Hakimiyyəti ən pis halda 3-4 aya başa çatdırılması mümkün olan işi bir il ərzində görə bilməyib. Nəticədə, şəhidin il mərasiminə qədər azı 10 dəfə sökülüb-tikilməsi mümkün olan kiçik bir abidə bu günə qədər hazır deyil.

Şəhidin yaxınlarının EDNews.net-ə verdiyi məlumata görə, 6 ay ancaq abidənin yeri ilə bağlı müzakirələr gedib. İcra nümayəndələri abidəni şəhidin yaşadığı mənzilin blokun içinə (!) yerləşdirmək istəyiblər, ailə razı olmayıb. Ailənin təklif etdiyi yerə isə icra nümayəndəsi icazə verməyib. Uzun-uzadı davam edən və şəhid ailəsini incik salan danışıqlardan sonra axır abidənin yeri müəyyənləşib.

Bundan sonra isə icra nümayəndələri abidənin hazırlanma işini yubadıblar. Bir gün yağış, başqa gün materialların olmaması, növbəti gün mühəndislərin gəlməməsi... Hər gün bir bəhanə və nəticədə 45 gün ərzində abidə ancaq yarımçıq formada hazır olub. Bir müddət sonra isə icra nümayəndələri ümumiyyətlə yoxa çıxıblar. Nəticədə, cəmi bir aya hazırlanması mümkün olan abidə Binəqədi rayon İcra Hakimiyyətinin laqeyd münasibəti səbəbindən bir ildən çox keçməsinə baxmayaraq hələ də tam hazır vəziyyətə gətirilməyib.

Hazırda şəhidin ailəsi ümumiyyətlə yarımçıq abidənin sökülməsini tələb edir. Şəhidin atası icra hakimiyyətinin laqeyd münasibətindən qəzəblənərək “Quraşdırdıqlarını da söküb aparsınlar, oğluma belə abidə lazım deyir” deyir.

Bu da bir olaydır. Azərbaycanda bir ilə Fizuli Beynəlxalq Hava limanı istifadəyə verilir, lakin Binəqədi rayon İcra Hakimiyyəti şəhid Rafiq Heydərov üçün öz yaşadığı ünvanda kiçik bir abidə quraşdıra bilmir. Qarabağın yenidən qurulduğu, abadlaşdırıldığı, Zəngəzur dəhlizinin təməlinin atıldığı, Şuşanın ölkənin real turizm mərkəzlərindən birinə çevrilməkdə olduğu bir dövrdə Qarabağ zəfərinin memarı olan şəhidlərimizin ailələrinə qarşı nümayiş etdirilən bu laqeydlik hər şeydən əvvəl şəhidə və dövlətə edilmiş hörmətsizlikdir və hətta xəyanətdir. Şəhid ailəsini süründürən, incidən məmur Azərbaycan dövlətinə, Azərbaycan xalqına xəyanət edir. Bir halda ki, dövlət başçısı Qarabağa hər səfərində şəhidləri anır və qazilərlə, şəhid ailələri ilə səmimi görüşlər keçirib, onların durumu ilə maraqlanır, yerli məmurların şəhid ailələrinə qarşı göstərdikləri bu laqeydlik ən çox da ölkə prezidentinə qarşı yönələn xəyanətdir.

Nicat İsmayılov


Xəbər xətti

Türkiyədə "13-cü Beynəlxalq Sarıyer Ədəbiyyat Günləri" adlı tədbir keçirilib - FOTOLAR
22:25
İsrail ordusundan sensasiyalı açıqlama: "MÜNAQİŞƏ YENİDƏN BAŞLAYACAQ!"
21:59
İspaniya Səudiyyə Ərəbistanı millisinə daha bir qol vurub - YENİLƏNİR
21:29
“Qarabağ” dünya çempionatının iştirakçısını transfer etdi
21:09
İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını tərk edib - YENİLƏNİB
20:49
Qalibaf Trampın təhdidlərinə cavab verib
20:29
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:53
İsveçrədə ABŞ-İran memorandumu ilə bağlı danışıqlar dayandırılıb - "Fars"
19:35
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı - VİDEO
19:18
ABŞ-də təyyarə qəzaya uğrayıb - ÖLƏN VAR
19:11
“Starmer istefa verəcək” - Tramp
19:00
Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu açıqladı
18:25
Tramp İrana XƏBƏRDARLIQ ETDİ
18:15
Hindistanda zavoda ammonyak sızdı: Ölənlər var
18:00
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirildi
17:45
İnsan beynində mənfi sözlər üçün "daxili filtr" kəşf edildi
17:15
Masazırda motosikl sürücülərinə qarşı reyd - 45 nəfər saxlanıldı
16:51
Oturaq həyat erkən ölüm riskini artırır? - ALİMLƏR ARAŞDIRDILAR
16:45
Bədavi "Qarabağ"da qalacaq - RƏSMİ
16:35
Günəşdə güclü partlayış oldu
16:25
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
16:15
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI
15:45
Pezeşkian: "İran uranın zənginləşdirilməsindən imtina etməyəcək"
15:31
İsraildə Ebola şübhəsi: Konqodan qayıdan şəxs karantinə alındı
14:55
Dünyaşöhrətli pop ulduzu - Dua Lipa toy fotolarını paylaşdı - FOTOLAR
14:45
Şahbaz Şərif və Asim Munir ABŞ nümayəndə heyəti ilə görüşüb
14:30
FHN küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq edib
14:16
Pezeşkian: "İranın Qətərdəki 6 milyard dolları sərbəst buraxılacaq"
13:54
ADSEA su təchizatında olan azalmalarla bağlı açıqlama yayıb
13:47
İran XİN rəhbəri İsveçrədə həmkarı ilə görüşüb
13:28
Sabahın hava proqnozu açıqlandı
13:17
Kir Starmerin istefaya hazırlaşdığı iddia olunur
12:51
Bakıda avtobus 75 yaşlı qadının üzərindən keçib - VİDEO
12:28
Prezident İlham Əliyev İordaniya parlamentinin sədrini qəbul edib
11:59
Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndərilib
11:51
Pakistan Baş naziri ABŞ–İran danışıqları üçün İsveçrəyə gedib
11:35
Qəbələdə avtomobil 16 yaşlı piyadanı vuraraq öldürüb
11:03
Vens İranla danışıqlar üçün İsveçrəyə yola düşüb
10:42
Ermers Fae: "Almaniyadan ədalətli oyun gözləyirdim"
10:33
Livanda ölənlərin sayı 4057 nəfərə çatdı
08:07
Hindistanın 3 tankeri Hörmüzdən keçdi
07:42
“Axios”: ABŞ bəzi aktivlərini İrana qaytara bilər
07:36
Kolumbiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
07:23
İMTAHAN VERƏNLƏRİN DİQQƏTİNƏ! Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
06:57
Vens: Livanda vəziyyət yaxşılaşır, ABŞ davamlı atəşkəs üzərində işləyir
06:35
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə çatıb
06:15
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
05:44
Qəbələdə ağır qəza olub, 1 nəfər ölüb
03:48
CENTCOM: "İran Hörmüz boğazına nəzarət etmir"
02:38
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
02:10
Rusiyanı Azərbaycana dəyişən idmançıdan sərt reaksiya: “Məni doğulduğum gündən...”
01:42
Alman ordusunda fiasko: Rusiyaya qarşı göndərməyə əsgər tapılmır
01:34
AP: İran hesab edir ki, ABŞ-nin hərbi hücumları bərpa olunmayacaq
01:23
Xırdalan-Binəqədi yolunda zəncirvari qəza: Tıxac yarandı
00:52
Montellanın taleyi necə olacaq?
00:43
Şotlandiyada məscid yaxınlığında baltalı şəxsin hücumu nəticəsində beş nəfər xəsarət alıb
00:30
Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
00:14
DÇ: Almaniya Fildişi Sahilinə qarşı - Yenilənir
00:10
Türkiyədə turist mikroavtobusu qəzaya uğradı: Dörd ölü, 15 yaralı
00:01
21.06.2026
İsrail ilə Livan arasında atəşkəs əmri verilib
23:40
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR