Hindistanın cənubundakı dəniz məhsulları emalı zavodunda ammonyak sızması nəticəsində 40-dan çox insan xəsarət alıb.
EDnews xəbər verir ki, bu barədə məlumat "The Times of India" qəzeti yazıb.
Hadisə Tiruvallur rayonunda yerləşən bir zavodda baş verib. Dəniz məhsulları emalı sahəsində ammonyak sızması baş verdiyi bildirilir və qaz tez bir zamanda zavodun ərazisinə yayılıb.
Polisin məlumatına görə, burada təxminən 120 işçi qalıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Yeddi nəfər ölüb, doqquz nəfər isə ağır vəziyyətdə Çennaydakı hökumət tərəfindən idarə olunan Stanley Tibb Kolleci Xəstəxanasına köçürülüb.
Hadisə yerində mütəxəssislər işləyir. Cinayət işi açılıb, araşdırma aparılır.







