ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin tezliklə vəzifəsindən istefa verəcəyinə əminliyini ifadə edib.
EDnews xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Tramp Britaniya hökumətinin başçısını tənqid edərək yazıb:
“Kir Starmer Birləşmiş Krallığın Baş naziri postundan istefa verəcək. O, iki mühüm istiqamətdə — immiqrasiya və energetika sahəsində tamamilə uğursuzluğa düçar oldu”.







