Müəssisə və idarələrdə təhlükəsizlik qaydalarına əməl olunurmu? EKSPERTDƏN AÇIQLAMA

Cəmiyyət 17:24 29.04.2022
Ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğın təhlükəsizlik tədbirləri ilə bağlı məsələləri bir daha aktuallaşdırıb. 
 
Qeyd edək ki, Sumqayıtda baş verən yanğın Bakıda gecə klubunda baş verən partlayışdan sonra artıq ikinci bədbəxt hadisədir. 
 
Bəs, idarə və müəssisələrdə təhlükəsizlik qaydalarına necə riayət etmək lazımdır? 
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Ednews-a açıqlaması zamanı bildirib ki, heç kim və eləcə də müəssisə bədbəxt hadisədən sığortalamayıb, ancaq ilkin tədbirlər görməklə bunun qarşısını almaq olar. 
 
 
“Yanan maddə, oksigen və istilik bir yerdə olduqda avtomatik yanğın əmələ gəlir. Bu baxımdan bütün idarə və müəssisələrdə yanğın təhlükəsizliyi haqqında qaydalara çox ciddi riayət olunmalıdır. Yanğınsöndürmə avadanlıqları, mexanizm qurğuları, datçiklər, elektron və siqnalizasiya vasitələri, təyinatından asılı olaraq avtomatik yanğın siqnalizasiya qurğuları, yanğın hidratları, su dolabları və su çəni kompleks olaraq yanğın təhlükəsizliyi sistemidir ki, bütün idarə və müəsisələrdə xüsusilə sənaye müəssisələrində, zavod, fabrik, anbarlarda, əsas da kimyəvi tərkibli məhsullar saxlanılan anbarlarda bu yanğın sistemləri qurulmalıdır. Burada çalışan işçilər də yanğın təhlükəsizliyi barədə məlumatlı olmalıdır”.
 
Ekspert Türkiyədə aylarla davam edən meşə yanğınlarını və İranda zavodda günlər çəkən güclü yanğınları xatırladıb. O, söhbət zamanı qeyd edib ki, FHN-nin yanğınsöndürmə komandası yanğının qarşısının səhər saatlarında almaqla peşəkarlıq nümayiş etdiriblər, yoxsa günlərlə davam edə bilərdi. 
 
“Hansısa ofisdə baş verən yanğınla sənaye müəssisəsindəki yanğını eyniləşdirmək olmaz. Sənaye müəssisəsində, bu, dəhşətli faciəyə gətirib çıxarır. İstifadə olunan dəzgahlar, mal və materiallar, mürəkkəb mühəndis konstruksiyaları, kimyəvi tərkibli xammallar yanmaya, partlamaya, tez alışmağa meylli maddələrdir. Sənaye müəssisələrində məişət tullantıları ilə kimyəvi tullantılar eyni poliqona atılmamalıdır və daşınması da ayrıca həyata keçirilməlidir. Elə kimyəvi tullantı var ki, öz-özünə, günəş şüasından belə alışa bilir. Sənaye müəssisəsində yanğın hətta günlərlə davam edə bilir, 10 metrlərlə alov havaya qalxır, 1000 kvadrat metr ərazini əhatə edir. Bu yanğına yaxınlaşmaq təhlükəlidir və ayrılan tüstü belə toksikidir. Bu zaman ilk növbədə insanlar təxliyyə olunur, sonra yanmaya və partlamaya meylli maddələr  uzaqlaşdırılır, daha sonra yanğının daha geniş ətrafa yayılmasının qarşısı alınır, sonda isə yanğının mərkəzinə nüfuz etməklə söndürülməsinə cəhd göstərilir. Belə güclü yanğında ətrafda 1000 dərəcə istilik olur və insan ona yaxınlaşa bilmir”. 
 
Ekspert qeyd edib ki, harada bir boşluq olarsa hadisənin baş verməsi gün məsələsidir. 
 
“Bu kimi hallarla üzləşməmək üçün digər bu cür obyektlər daha diqqətli olmalıdırlar. Yanğın emalı üçün istifadə olunan xammal yüksək yanma qabiliyyətinə malikdir. Xüsusi risk olan yerlərdə xüsusi siqnalizasiya vasitələri var ki, istilik, qığılcım, tüstü olan kimi kibriti belə çəkəndə avtomatik işə düşür, insan müdaxilə etmədən o yanğının üzərinə kimyəvi məhlul buraxılır və söndürülür”.  
 
Qeyd edək ki, ötən gün 17:00 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın bu gün saat 08:24-də söndürülüb.
 
Gülnar Səlimova
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı