“Zabitlər” parkında ağaclar kəsilərək restoran tikilir Sakinlərdən şikayət - FOTOREPORTAJ

Cəmiyyət 17:45 05.05.2022
Sosial şəbəkələrdə “Zabitlər” parkında ağacalrın kütləvi şəkildə qırılması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə kötüyündən kəsilən ağaclar aydın şəkildə görünür.
 
Məsələni araşdırmaq üçün ərazidə olan Ednews saytının əməkdaşları videoda əks olunan görüntülərə canlı şahidi olublar. Araşdırma nəticəsində məlum olub ki, həqiqətəndə parkın ərazisində bitən ağaclar məhv edilib. 
 
Şahidlərin sözlərinə görə “təmizlənmə” işləri həmin ərazidə kafe-restoran kimi obyektlərin tikilməsi üçün nəzərdə tutulub. Parkda hər gün istirahət edən şəhər sakinləri isə bildiriblər ki,  məhv edilmə halları xüsusilə gecələr baş verir. 
 
“Bir necə gündən bir gəlib ağacı gözaltı edirlər. Bu işlər əsasən də hava qaralanda baş verir. Müəyyən vaxt keçdikdən sonra isə və həmin ağacın yerində olmadığının şahidi oluruq. Sonra bəlli olur ki, ağacın quruması üçün onun dibinə xüsusi maddə tökürlər və bitkidə çürümə gedir. Sonrada qurudu adı ilə ağacı kəsirlər. Kim edir, niyə edir bilmirik”.
 
Sakinlər onu da bildiriblər ki, məsələ ilə bağlı parkda abadlıq işlərinə baxan şəxslərə müraciət ediblər, lakin onların şikayətinə baxan olmayıb. Onların sözlərinə görə, bu cür qanunsuzluğa heç bir nəzarət yoxdur. Rəsmi orqanlara müraciət etmədiklərini bildirən sakinlər ətraf mühitə bu formada ziyan vurulmasından şikayətçidirlər. 
 
Sakinlərin haqlı narazılıqlarını nəzərə alaraq, Bakı Şəhər Abadlıqla əlaqə yaratmağa çalışdıq. Göndərilən görüntülərdə dəhşətli heç nəyin olmadığını bildirən qurum rəsmisi məsələyə belə aydınlıq gətirib. 
 
“Biz sadəcə ağacların abadlaşdırılması prosesinə nəzarət edirik. Görüntüdə isə kəsilmiş bir ədəd ağac var o da köhnə ağacdır. Külək əsir, qocalır və nəticədə ağaclar qırılır. Biz də onları kəsməyə məcbur qalırıq”.
 
Qurumun rəsmisi bildirib ki, hər parkda sıx bitən ağaclar olmur. Onun sözlərinə görə, parkın ortasında açıqlıq sahə adi haldır və bu kəsilən ağaclarla əlaqəli deyil. 
 
Sakinlər isə bildirir ki, ağacların kəsilməsi halı xüsusi ilə parkın kafe və restoranlar olan tərəfindədir. Onlar iddia edirlər ki, ağacların məhv edilməsi bununla bağlıdır. Qurum rəsmisi bu məsələyə də bu cür açıqlama verib:
 
“Parkın içərisində kafe,restoranların tikilməsi və ya ağacların məhvi onların ətrafından kəsilməsinə biz heç bir şərh verə bilmərik. Çünki park bizim balansımızda deyil. O park zabitlərin balansındadır, amma biz oranın abadlaşdırılmasına nəzarət edirik. Ağacların budanması, sulanması, təmizliyi bizim səlahiyyətmizdə olan işlərdir”.
 
Görülən odur ki, Bakının səfalı güşələrindən sayılan “Zabitlər” bağı öz qürub çağını yaşamağa başlayıb. Ortada məhv olunan yaşıllıq, günahı bir-birinin boynuna yıxan aidiyyatı qurumlar var. Bakı Abadlıq isə kəsilən kötük ağaclarını sulayıb, qulluq edəcək... 
 
Ləman Abbaslı
Foto: Fariz Faiqoğlu
 
Əməkdaşımızın "Zabitlər" bağında fotoaparatın yaddaşına köçürdüyü şəkilləri təqdim edirik:
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı