Xaçmaz şəhərinin "Zəfər" parkında şəhid övladları üçün bayram şənliyi keçirilib.
Ednews bizim.media-ya istinadən xəbər verir ki, şənlikdə şəhid övladları, uşaq bağçalarında tərbiyə alan balacalar və ibtidai sinif şagirdləri xoş və gözəl saatlar yaşayıblar.
Bayram şənliyində balacalar şeir deyib, mahnı və rəqs nömrələri ifa ediblər.
Onlarla birgə olan Xaçmaz RİH başçısı Elnur Rzayev uşaqları 1 iyun - Uşaqların Beynəlxaq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara vətənə ĺayiq savadlı və vətənpərvər, sağlam olmağı arzu edib.
Səhid övladlarına qiymətli xatirə hədiyyə edilib.
Müxtəlif yarış və müsabiqələrin qalibi olan uşaqlar isə fəxri fərmanla mükafatlandırılıb.