Məktəblərdə “İnsan və cəmiyyət” fənni niyə keçilmir? Sosioloqdan ÇAĞIRIŞ

Cəmiyyət 12:45 10.06.2022
Orta ümumtəhsil məktəblərində bir vaxtlar tədris olunan fənnlər arasında “İnsan və cəmiyyət”də yer alırdı. Hal-hazırda isə təhsil ocaqlarında bu fənnin tədrisi dayandırılıb.
 
Ekspertlərin fikrincə cəmiyyətdə neqativ hallara daha çox rast gəldiyimiz bu günlərdə sosial yönümlü fənnlərin tədrisi olduqca vacibdir. Bunlara “Psixologiya”, “Etika və estetika, davranış qaydaları” və s. daxildir. 
  
Psixoloq Fərqanə Mehmanqızı Ednews-a açıqlamasında orta ümumtəhsil məktəblərində “Psixologiya” fənninin tədrisinə müsbət yanaşdığını qeyd edir.
 
Onun sözlərinə görə, “Psixologiya” orta məktəblərdə fənn kimi tədris olunarsa, psixoloqlar uşaqları daha yaxından tanıyar, valideynlərlə münasibətdə olar, onların psixoloji vəziyyətini tez çözərək aradan qaldırar. 
 
Sosioloq Ağasəlim Həsənov Ednews-a açıqlaması zamanı “İnsan və cəmiyyət” fənninin bu və ya digər adda tədrisinin çox vacib olduğunu vurğulayıb. 
 
“Bu, Sovetlər dövründə “İctimaiyyət”, sonra isə “İnsan və cəmiyyət” adı ilə tədris olunurdu. Belə bir fənnin şagirdlərə öyrədilməsi Azərbaycan üçün aktuallıq kəsb edir. Təhsil institutu cəmiyyətin ailə, din və digər sosial institutları kimi əsas funksiyanı yerinə yetirir. Təhsil üzərinə düşən funksiyanı yerinə yetirə bilmədikcə çoxlu problemlər ortaya çıxır. Bu proses təkcə elmi biliklərin şagirdlərə çatdırılmasından ibarət deyil. Şagird yüksək nəticələr göstərə bilər, amma onun məktəbdə şəxsiyyət kimi formalaşdırılmasını şərtləndirən amillər var. İnsanın bu dünyada yeri və rolu, fərdin şəxsiyyət kimi formalaşması, fərdlərarası sosial münasibətlər, dünya görüşünün formalaşması həm də təhsil institutu ilə bağlıdır”. 
 
Sosioloq qeyd edib ki, cəmiyyət inkişaf etdikcə dəyərlər, baxışlar, ictimai fəaliyyətdə dəyişiklik baş verdikcə tədris proqramı günün tələblərinə uyğun dəyişir və yenilənir. 
 
“Bu gün virtual reallıq formalaşıb və tədris onlayn şəkildə keçirilir.  Cəmiyyətdə virtual reallıq hakimdirsə, “İnsan və cəmiyyət” dərsliyi hazırlanarkən şagirdlərin maraq dairəsi nəzərə alınaraq bu mövzuda aktuallıq kəsb edən məqamları onların qavrayacağı səviyyədə proqrama daxil etmək olar”.
 
Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət etdik. Mövzunu diqqətdə saxlayacağıq.
 
Gülnar Səlimova
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Hamısı