MİQ imtahanlarında nə qədər müəllim iştirak edəcək? - RƏSMİ - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

MİQ imtahanlarında nə qədər müəllim iştirak edəcək? - RƏSMİ

Cəmiyyət A- A A+
“56 min şəxsin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunacaq”. 
 
Ednews xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. 
 
Onun sözlərinə görə, artıq həmin şəxslərin elektron müraciətləri qəbul olunub. 
 
Eşqi Bağırov deyib ki, müəyyən səbəblərdən MİQ-də iştirak üçün müraciət edən 4 000 şəxsə imtina cavabı göndərilib: 
 
“İmtahanlar 15 mərkəzdə, 7 gün ərzində keçiriləcək və hər bina sərinləşdirici vasitələrlə təmin olunub. Qapalı məkanlarda maska taxmaq tələbi də ləğv olunduğu üçün imtahanlarda namizədlərdən maska taxmaq tələb olunmayacaq”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...