14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb.
Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib.
Bu məsələnin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Səməd Vəkilov Ednews–a danışıb.
Səməd Vəkilov Siracəddin Quluzadənin bağlanmış məxfilik müqviləsinin şərtlərini pozduğu üçün mülki məsuliyyətə cəlb ediləcəyini bildirib.
“Bu məsələdə mütxəssis rəyinə ehtiyac olacaq. Yayılmış məlumat dövlət sirri mahiyəti daşıya bilər. Vətəndaşların işə düzəlməsi insan hüquqlarının vacib tərkib hissələrindən biridir. Bu sualların kənara ötürülməsi vətəndaşların əmək hüquqlarının əldə olunmasının kobud şəkildə pozuntusuna səbəb olub”.
Səməd Vəkilov bu hallar nəzərə alındıqda həmin şəxsin mülki məsuliyyətlə yanaşı cinayyət məsuliyyətinə də cəlb olunacağını bildirib.
Aliyə İlyas