“2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi. Son 250 ildə Azərbaycan ilk dəfə torpaq itirmədi, itirdiyimiz torpaqları geri qaytardı. Şərqi Zəngəzur yenidən dirçəlir, bərpa olunur. Eyni zamanda, Prezident mütəmadi olaraq bölgəyə səfər edib, bərpa işləri ilə yaxından tanış olur”.
Ednews xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
“Qarabağa səfərlərin təşkili ilə bağlı bizə vətəndaşlardan müraciətlər daxil olur. Bunu ən çox istəyən övladı şəhid olan insanlarımızdır.
Düzdür, biz nəzərə almalıyıq ki, o ərazilər minalanıb. Müraciətlərin biri də dünyasını dəyişmiş qarabağlıların o ərazidə dəfn olunmasıdır. Bu proses nə qədər çətin olsa da, bununla bağlı mexanizmlərin düşünülməsi yaxşı olardı” – deyə, deputat bildirib.