Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.
Ednews xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir.
Şəhidin evinin qarşısında fəxri qarovul düzülüb.
Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Fəxri xiyabana aparılacaq. Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.
09:20
Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovla vida mərasimi başlayıb.
Ednews xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir.
Mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edirlər. Orxan Əsgərovun cənazəsinin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacağı gözlənilir.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.
Ötən gün şəhid Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə ediliblər.