"Bu il müəllimlərin işə qəbulu imtahanında yenilik ediləcək. Bu il MİQ zamanı müəllimlərə əlavə 30 dəqiqə vaxt veriləcək".
Ednews xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, imtahanın müddəti 2 saat 30 dəqiqə olaraq müəyyən ediləcək.
"Ümumilikdə 100 bal nəzərdə tutulur. Yeni qaydalar qüvvəyə minməyib”.