Azərbaycan ordusunun əsgəri minaya düşərək həlak olub.
Ednews xəbər verir ki, Tərtər rayonun işğaldan azad edilən Suqovuşan-Talış istiqamətində baş verib. Hadisə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Qəbələ rayonu Nohurqışlaq kənd sakini əsgər Niftalıyev Novruz Eldəniz oğlu şəhid olub. O, piyada əleyhinə (PMN) minays düşüb.
Əsgərin nəşi hazırda Tərtər rayonu Respublika Xəstəxanasının morqundadı. Keçirilən baxışdan sonra aidiyyəti üzrə ailəsinə təhvil veriləcək.Faktla bağlı Tərtər Rayon Prokurluğunda araşdırma aparılır.
Xatırladaq ki, aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.
Qeyd edək ki, Azərbaycan dünyada əraziləri ən çox minada çirklənən ölkələrdən sayılır.Ermənistanla 30 il davam edən münaqişə zamanı torpaqlar mina ilə çirklənib. Vətən müharibəsindən sonra ümumilikdə 276 nəfər minaya düşüb. Onlardan 123 nəfəri mülki şəxs, 153 nəfər isə hərbi qulluqçudur. Mina partlaması nəticəsində 45 nəfər həlak olub (35 nəfər mülki şəxs, 10-u hərbi qulluqçu), 231 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb (88 nəfər mülki şəxs, 143 nəfər hərbi qulluqçu).