Deputat Dədə Qorqud parkının acınacaqlı vəziyyətindən YAZDI - "Piknik"çilərin özlərindən sonra buraxdıqları tullantılar… - FOTOLAR - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Deputat Dədə Qorqud parkının acınacaqlı vəziyyətindən YAZDI - "Piknik"çilərin özlərindən sonra buraxdıqları tullantılar… - FOTOLAR

Cəmiyyət A- A A+
“İki gündür ki, səhər saat 6-da Dədə Qorqud  parkında gəzərkən oradakı çəmənlikdə bu zibilləri görüb dəhşətə gəlirəm. Bir neçə addımlıqda böyük zibil qabları olsa da,  "piknik"çilər özlərindən sonra buraxdıqlarını aparıb ora atmaq istəmirlər”. 
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında yazıb.
O, qeyd edib ki, hər səhər zibillərini 3 nəfər bir kişi, iki qadın yığışdırsalar da, növbəti gün eyni mənzərə ilə üzləşirsən:
“Bunu edənlər həm də o kəslərdir ki, yanlarından keçəndə bəzən ingiliscə qırıldatdıqlarını,  ağızlarını açanda yüksək materiyadan, Avropa standartlarından dəm vurduqlarını görürsən. Mən elələrinin hərəkətini üzr istəyirəm, heyvanlıq  kimi dəyərləndirib ikinciləri təhqir etmək fikrim yoxdur. 
Heyvan özünü təbiətin bir parçası kimi aparır, onu məhv etmir, aldığının əvəzini qaytarmağa çalışmadığını vurğulayan deputat qeyd edib ki, gördüyünüz bu qarğalara  insan adlanan ancaq çəmənlik, ya çimərlik olsun, fərqi yoxdur, getdikləri hər yeri zibilləyən "şərbəndələr"dən hörmətim qat-qat çoxdur”.
 
Aysel Şahmar
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...